“Gürcüstanın enerji ilə təminatında Azərbaycanın xüsusi rolu var”
Tarix: 02.04.2013 | Saat: 23:30:00 | E-mail | Çapa göndər


Gürcüstan paytaxtında enerji məsələləri müzakirə olunub və cari il üçün fəaliyyət proqramı qəbul edilib. 13 enerji şirkətinin qatıldığı tədbiri Gürcüstanın enerji və təbii resurslar naziri Kaxa Kaladze açaraq, qış ayının sona çatdığını, enerji və qazlaşdırma sahələrinin vəziyyətini yenidən nəzərdən keçirməyin vaxtının çatdığını bildirib.
Enerji sahəsində yeni layihələr həyata keçiriləcəyini deyən nazirin sözlərinə görə, bu il “SOCAR Gaz Georgia” və “İter Sakartvelo” şirkətləri regionlarda 30 min abonentə qaz verilməsini təmin edəcəklər. Enerji şirkətləri ilə görüşdə ölkənin qazlaşdırılması və enerji ilə təmin edilməsi sahəsindəki problemlər barədə də söhbət aparılıb. Görüşdə regionlarda və paytaxt Tiflisdə abonentlərə elektrik enerjisinin təmin edilməsi sahəsində reabilitasiya işlərinin davam etdiriləcəyi qeyd olunub. Tədbirdə enerji sahəsində infrastrukturun yenilənməsi və bu il həyata keçiriləcək layihələrin maliyyələşdirilməsi haqqında da müzakirələr gedib. Görüşdə Azərbaycanla yeni enerji layihələrinin həyata keçiriləcəyi bildirilib. Tədbirdə “Enerji-Pro-Georgia” şirkətinin rəhbərliyi qeyd edib ki, bu il regionlarda müasir tələblərə cavab verən 50 min ədəd standart sayğaclar quraşdırılacaq. Yeni sayğacların sayı yaxın iki il ərzində 140 minə çatdırılacaq. Gürcüstanın enerji və təbii ehtiyatlar naziri Kaxa Kaladze APA-ya açıqlamasında Gürcüstanın qazlaşdırılmasında və elektrik enerjisi ilə təmin olunmasında Azərbaycanın xüsusi rolu olduğunu vurğulayıb: “Azərbaycan bizim ən böyük tərəfdaşımızdır. Bizim azərbaycanlılarla, eləcə də Azərbaycan dövləti ilə münasibətimiz çox yaxşıdır. Bizə yaxşı bəllidir ki, ARDNŞ Gürcüstan bazarında ən böyük vergi ödəyicisidir. Onların Gürcüstanda həyata keçirdiyi işlər əhali üçün çox vacibdir. Biz qazlaşdırma mövzusunu da müzakirə etdik. Onlar əlavə olaraq 30 min abonenti qaz ilə təmin edəcəklər. Bu, bizim üçün çox vacibdir”. K.Kaladze Bakıya səfərini də xatırlayıb: “Gürcüstanın baş naziri Bidzina İvanişvilinin Azərbaycana rəsmi səfərindən iki gün sonra mən Bakıya uçdum və biz azərbaycanlı həmkarlarımızla enerji sahəsində razılaşdırmalar barədə söhbət apardıq. Razılaşdıq ki, qış aylarında iri həcmdə elektrik enerjisi lazım olduğu üçün biz həm Azərbaycandan, həm də Rusiyadan enerji alacağıq. Yay fəslində isə əvvəlki qrafikə qayıdacağıq. Mən çox şadam ki, biz bir-birimizi başa düşürük”.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Avropa İttifaqı vahid kəşfiyyat mərkəzi yaradır
19.11.2018
İranda bahalaşma davam edir
19.11.2018
Ermənistanda bir qrup şəxs istefa tələbi ilə katolikos II Qareginin ofisinə hücum edib
19.11.2018
“Bu gün Ermənistan-Belarus münasibətlərinin böhran həddinə çatdığı göz önündədir”
18.11.2018
Ermənistanda cinayətlərin sayı artır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Gedir dayanmadan zamanın köçü”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info