Yaponiyanın şimalındakı fermalarda quş qripi aşkar olunub
Tarix: 29.11.2016 | Saat: 15:52:00 | E-mail | Çapa göndər


Yaponiyanın şimalında yerləşən Aomori prefekturasının hakimiyyət orqanları quş qripinin aşkar edildiyi Aomori şəhərindəki fermada bütün ördəkləri məhv edəcəklər. Noyabrın 28-də keçirilən görüş zamanı həmin fermadakı 16500 ördəyin 24 saat ərzində kəsilməsi barədə qərar qəbul edilib. Həmin fermada aşkar edilən ölü ördəklərdə H5 virusu aşkar olunub.
Yerli hakimiyyət orqanları həmin fermadan 3 kilometr məsafədə yerləşən digər dörd fermaya buradan quş və yumurtaların aparılmasına qadağa qoyublar. Bu fermadan 10 kilometr məsafədə yerləşən digər üç ferma da bu qadağaya daxil edilib.
Aomori prefekturasının qubernatoru Sinqo Mimura bildirib ki, virusun yayılmasının qarşısının alınması üçün lazım olan bütün tədbirlər görüləcək. Qubernator istehlakçıları əmin edib ki, bazara çatdırılan quş ətləri təhlükəsizdir.
H5 virusu noyabrın 28-də Niiqata prefekturasında yerləşən fermadakı ölü toyuqlarda da aşkar olunub. Niiqatanın hakimiyyət orqanları fermadakı 310 min toyuğun məhv edilməsi və buradan 10 kilometr məsafədə yerləşən fermalara yumurta və quş ətinin göndərilməsinin qadağan olunması barədə qərar qəbul ediblər.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.11.2020
İranda ötən sutka 14 minə yaxın şəxs koronavirusa yoluxub, 469 nəfər ölüb
25.11.2020
ABŞ-da kütləvi toy mərasiminə görə yəhudi sinaqoqu cərimələnib
24.11.2020
“Azərbaycanın taktikası ABŞ-ı qorxutdu”
23.11.2020
Türkiyə Almaniya, İtaliya və Avropa İttifaqına nota verib
23.11.2020
Kәrkükdә kütlәvi mәzarlıq aşkar edilib

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11858

1 Mədəniyyət Nazirliyi “Xristian irsimizi tanıyaq” layihəsini təqdim edir
2 Сирийская террористка: мы помогали армянским оккупантам воевать в Карабахе
3 “Azərbaycançılıq ideyası - dünya azərbaycanlılarının istinad mənbəyi” adlı kitab nəşr olunub
4 “İncəsənət videomühazirələri” adlı yeni layihəyə başlanılıb
5 Что делали в Карабахе переселенцы из Ливана и Сирии?


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info