Müavinət və təqaüd təyin olunması proseduru dəyişib
Tarix: 29.11.2016 | Saat: 16:08:00 | E-mail | Çapa göndər


Nazirlər Kabineti “Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na dəyişikliklər edib.
 
Dəyişiklik  Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” prezidentin 2011-ciil 16 fevral tarixli? 386 nömrəli fərmanında dəyişikliklər edilməsi barədə” 2016-cı il 24 iyun tarixli fərmanının icrası ilə bağlıdır. Həmin fərmana əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidməti ləğv edilib. Beləliklə, "Sosial müavinətlərin, təqaüdlərin və kompensasiyaların təyin olunması üçün təqdim edilən sənədlərin rəsmiləşdirilməsi, baxılması və saxlanılması Qaydaları”na edilən dəyişikliklərə əsasən yaşayış yerini dəyişməklə əlaqədar müavinət, təqaüd və kompensasiya işinin qeydiyyatdan çıxarılması yeni yaşayış yeri üzrə Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinin sorğusu əsasında aparılacaq. Yəni ləğv edilmiş Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzlərinin bu sahədə səlahiyyəti Dövlət Sosial Müdafiə Fondunun şəhər, rayon şöbələrinə verilib.
 
Əvvəllər müavinət təyin olunmuş şəxsə pensiya təyin olunduqda, iş üzrə ödəniş pensiya təyin edildiyi gündən dayandırılıb və müavinət işi qeydiyyatdan çıxarılaraq müavinətdən tutulmalar olduqda, tutulmalara dair icra vərəqələri ilə birlikdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun yerli orqanlarına göndərilib. Sənədlərin surəti və göndərilmə qəbzi Dövlət Sosial Təminat Xidmətinin şəhər, rayon əhalinin sosial müdafiəsi mərkəzlərində saxlanılıb. İcra vərəqələrinin göndərilməsi haqqında icra qurumunun rəhbərinə və icra sənədini vermiş məhkəməyə və ya digər orqana məlumat verilib. Dövlət Sosial Təminat Xidmətinin ləğv edilməsi ilə əlaqədar bu prosedur da dəyişib. Müavinət təyin olunmuş şəxsə pensiya təyin olunduqda, iş üzrə ödəniş pensiya təyin edildiyi gündən dayandırılacaq və müavinət işi hərəkətdən çıxarılacaq. Müavinətdən tutulmalar olduqda, tutulmalar pensiyadan aparılacaq.


Tural




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
“Bizim həyət” layihəsi paytaxtın Sabunçu rayonunda icra olunur
16.01.2019
Yanvar ayı üzrə pensiyaların maliyyələşdirilməsinə başlandı
16.01.2019
Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi
15.01.2019
Ötən il sosial sığorta daxilolmalarında 11,8% artım qeydə alınıb
15.01.2019
Bu ildən pensiya təyinatı avtomatlaşdırılmış rejimdə həyata keçirilir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info