Türkiyə səfiri: “Azərbaycan Prezidentinə və xalqına minnətdarıq”
Tarix: 29.11.2016 | Saat: 16:09:00 | E-mail | Çapa göndər


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Türkiyə Cümhuriyyətinin Azərbaycana yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralı onun xahişi ilə qəbul edib. 
QMİ-dən verilən məlumata görə, Allahşükür Paşazadə Erkan Özorala yeni fəaliyyətində uğurlar arzulayıb, iki ölkə arasında tarixi köklərə malik dostluq və qardaşlıq münasibətlərinin bu gün də yüksək səviyyədə davam etdiyini diqqətə çatdırıb, Azərbaycan və Türkiyə prezidentlərinin bu işə böyük töhfələr verdiyini xüsusi qeyd edib. 
Şeyxülislam bu il iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd göstərilən zaman hakimiyyətin və xalqın birliyi bu qanunsuz əməlin qarşısını aldı, türk xalqı sınaqdan üzüağ çıxdığını bildirib. 
Allahşükür Paşazadə Ermənistan-Azərbaycan münaqişəsində Türkiyənin tutduğu prinsipial mövqeyi qeyd edib, beynəlxalq aləmdə ölkəmizə verdiyi hərtərəfli dəstəyə görə Türkiyə dövlətinə və xalqına təşəkkür edib. 
QMİ sədri dekabrın 1-də Bakıda keçiriləcək Qafqaz Xalqları Ali Dini Şurasının növbəti toplantısı və “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” Beynəlxalq konfransı barədə səfirə məlumat verib, tədbirin əhəmiyyəti barədə danışıb. Şeyxülislam həzrətləri Türkiyənin Diyanət İşləri Başqanı Mehmet Görməzi Azərbaycana səfərə dəvət edib və bu dəvəti çatdırmağı səfirdən xahiş edib.  
Səfir Erkan Özoral bildirib ki, Azərbaycan hər zaman Türkiyənin yanındandır, 15 iyul hadisələrində bu bir daha sübut olundu. Erkan Özoral verdiyi dəstəyə görə Azərbaycan Prezidentinə və xalqına minnətdarlıq edib. 
Səfir onu da qeyd edib ki, ölkəsi Azərbaycanın haqlı mövqeyini dəstəkləyir, Ermənistanın təcavüzünü qətiyyətlə pisləyir və Qarabağ probleminin ədalətli həlli üçün səylərini davam etdirir. 
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub. 
Şeyxülislam Allahşükür Paşazadə səfirə xatirə hədiyyəsi təqdim edib. 
QMİ sədri İran İslam Respublikasının ölkəmizə yeni təyin olunan fövqəladə və
səlahiyyətli səfiri Cavad Cahangirzadəni də onun xahişi ilə qəbul edib. 
Allahşükür Paşazadə deyib ki, Azərbaycanla İran arasında dostluq və qardaşlıq tellərinin minilliklərə söykənən tarixi var, sovet dövründə bütün qadağalara baxmayaraq, münasibətlər davam edib. 
Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra əlaqələrdə yeni bir səhifə açılıb. 
Şeyxülislam Allahşükür Paşazadə dekabrın 1-də Bakıda keçirilməsi nəzərdə tutulan Qafqaz Xalqları Ali Dini Şurasının yığıncağı və “Qafqazda dini tolerantlıq ənənələri və Azərbaycanın multikulturalizm modeli” Beynəlxalq konfransı barədə səfirə məlumat verib. QMİ sədri onu da vurğulayıb ki, Qafqaz Xalqları Ali Dini Şurasının üzvlərinin İran İslam Respublikasına səfəri planlaşdırılıb, səfər müddətində din xadimlərinin qonşu ölkə rəsmiləri ilə görüşləri də nəzərdə tutulub. 
Səfir Cavad Cahangirzadə ölkəsinin rəsmi Bakı ilə müxtəlif sahələrdə əlaqələrə böyük önəm verdiyini diqqətə çatdırıb. İranlı diplomat Şeyxülislam Allahşükür Paşazadənin regionda məzhəblər arasında vəhdətin yaranması və möhkəmlənməsi üçün göstərdiyi səyləri yüksək qiymətləndirib. 
Qəbullarda QMİ sədrinin birinci müavini, Müfti Salman Musayev də iştirak edib. 
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
03.07.2020
Ukrayna XİN başçısının müavini Əminə Caparova Azərbaycana təşəkkür edib
02.07.2020
Prezident İlham Əliyev: Azərbaycanı Əfqanıstan və Türkmənistan ilə sıx dostluq və qardaşlıq əlaqələri birləşdirir
02.07.2020
Azərbaycan, Əfqanıstan və Türkmənistan prezidentlərinin videokonfrans vasitəsilə görüşü keçirilib
01.07.2020
Azərbaycan və Türkiyə arasında hərbi maliyyə əməkdaşlığı haqqında Saziş təsdiqləndi
01.07.2020
Azərbaycan fələstinli qaçqınlara 300 min dollar yardım ayırıb

Şərh əlavə olunmayıb

    ,    
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11544

1 İyulun 1-dən Rusiyanın 67 bölgəsi turist qəbul edəcək
2 Tural Gəncəliyev: “Dağlıq Qarabağ xalqı” deyə bir anlayış yoxdur, sadəcə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin əhalisi anlayışı var
3 Litvanın Birştonas şəhərində tar, kamança, qaval büstü qoyulacaq
4 Ev şəraitində Xan kababı-VIDEO
5 “Azərbaycanın olmadığı yerdə Türkiyə, Türkiyənin də olmadığı yerdə Azərbaycan var” - bu bizlərin şüarıdır…”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info