Multikulturalizmin Azərbaycan modeli dünyada nümunə kimi qəbul olunur
Tarix: 29.11.2016 | Saat: 16:29:00 | E-mail | Çapa göndər


Azərbaycan qədim zamanlardan bəri multikultural dəyərlərin formalaşdığı ölkə olub və bu sahədə zəngin ənənələrə malikdir. Hazırda dünyanın bir sıra regionlarında münaqişələr, müharibələr davam edir. Bu da multikulturalizmin təbliğində və təşviqində Azərbaycan təcrübəsini ön plana çıxarır.
AZƏRTAC xəbər verir ki, bu fikirlər “Naxçıvan” Universitetinin və Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə “Multikultiralizmin əsas məkanlarından biri kimi Azərbaycan” adlı elmi-praktik konfransda səsləndirilib.
Konfransda çıxış edən “Naxçıvan” Universitetinin tərbiyə işləri üzrə prorektoru Əli Yusifov bildirib ki, multikulturalizm Azərbaycanda dövlət siyasəti səviyyəsinə yüksəlib. Bu ideyanın əsasını isə ümummilli lider Heydər Əliyev qoyub. Prezident İlham Əliyev bu gün Azərbaycanın multikulturalizm modelinin dünyada tanıdılması istiqamətində böyük səylər göstərir. Dövlətimizin başçısı qeyd edib ki, dünyada multikulturalizmin alternativi yoxdur. Azərbaycanda müxtəlif xalqların və millətlərin nümayəndələri həmrəylik, birlik şəraitində yaşayır. Bu, əsrlərdən bəri inkişaf edərək bu günümüzə gələn ənənədir. Ona görə də 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi heç də təsadüfü deyil və bunun tarixi kökləri var.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilat-nəzarət şöbəsinin aparıcı məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu, “Naxçıvan” Universitetinin pedaqogika və psixologiya kafedrasının müəllimi Həbibə Talıbovanın, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin təşkilat-nəzarət şöbəsinin aparıcı məsləhətçisi, II dərəcəli ədliyyə qulluqçusu Ələkbər Hüseynovun və “Naxçıvan” Universitetinin iqtisadiyyat ixtisasının III kurs tələbəsi Əjdər İbrahimov məruzələri dinlənilib.
Çıxışlarda qeyd olunub ki, multikulturalizm siyasətinin təməlində xalqların qarşılıqlı əməkdaşlığı, tolerantlıq ideyaları və münaqişələrə yol verməmək prinsipləri dayanır. Əsrlər boyu böyük mədəniyyətlərin qovuşduğu bir diyar olan Azərbaycanda müxtəlif xalqların və dinlərin nümayəndələri sülh və qarşılıqlı anlaşma şəraitində yaşayıb. Bu gün Prezident İlham Əliyevin Azərbaycanda multikultural münasibətlərin inkişafı istiqamətində atdığı addımlar davamlı xarakter daşıyır.
Bildirilib ki, müstəqillik dövründən bu günə kimi multikulturalizm sahəsində həyata keçirilmiş islahatlar və atılmış addımlar tarixi ənənələrimizin möhkəmlənməsinə xidmət edir. Bu gün Azərbaycan multikulturalizmi bir model kimi formalaşıb və bu model artıq dünyada nümunə kimi qəbul olunur.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Mərkəzi Klinikanın həkimləri vətəndaşları ödənişsiz müayinə edəcəklər
25.09.2018
Məcburi köçkünlərlə növbəti görüş keçirilib
25.09.2018
Qəbələdə 8 yaşayış məntəqəsinin yolunun yenidən qurulması yekunlaşır
25.09.2018
Nazir müavini: Pensiya təyinatı proseduru elektronlaşdırılacaq
24.09.2018
Səyyar ASAN xidmət davam edir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
3 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info