“İlham Əliyevin parlaq nitqi mənə çox güclü təsir bağışladı”
Tarix: 29.11.2016 | Saat: 16:56:00 | E-mail | Çapa göndər


Heydər Əliyev Fondu və AZƏRTAC-ın birgə təşkilatçılığı ilə Bakıda keçirilən Dünya Xəbər Agentliklərinin V Konqresi ənənəvi jurnalistikanın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir.
Bu fikri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibəsində JIJI PRESS agentliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri Hiroşi Masuda səsləndirib.
Həmin günlərdə Azərbaycan paytaxtında həm Dünya Xəbər Agentliklərinin V Konqresinin, həm də Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XVI Baş Assambleyasının keçirildiyini xatırladan H.Masuda qeyd edib ki, hər iki beynəlxalq tədbir yüksək təşkilatçılığı və geniş iştirakçı tərkibi ilə fərqlənirdi. Bu tədbirlərdə dünyanın mötəbər informasiya agentliklərinin yüksək vəzifəli nümayəndələri medianın aktual problemlərini müzakirə etdilər. İstər Konqresin, istərsə də Assambleyanın gündəliyindəki məsələlərin müzakirəsi üçün əlverişli şərait yaradılmışdı.
Azərbaycan rəhbərliyinin bu tədbirlərə xüsusi diqqət ayırdığını vurğulayan H.Masuda bildirib ki, Prezident İlham Əliyevin açılış mərasimində şəxsən iştirakı və parlaq nitqi ona çox güclü təsir bağışlayıb. Çünki Konqres iştirakçılarının bir çoxu, o cümlədən yaponlar Azərbaycanın tarixi barədə o qədər də məlumatlı deyildilər. Buna görə də dövlət başçısının nitqində əksini tapan məlumatlar Azərbaycan həqiqətlərinin geniş auditoriyaya çatdırılması baxımından çox mühüm hadisə oldu. Bununla yanaşı, Prezident İlham Əliyev insan resurslarının vacibliyi haqqında da danışdı. Azərbaycanın zəngin təbii resurslara malik olduğunu qeyd edən dövlət başçısı vurğuladı ki, ölkənin uğurlarının davamlı olması üçün insan resursları inkişaf etdirilməlidir. “Bu fikirlər mənim üçün çox maraqlı və təsirli idi. Düşünürəm ki, Konqresin və Baş Assambleyanın açılışında Prezidentin iştirakı öz-özlüyündə çox əhəmiyyətli hadisə idi, keçirilən tədbirlərin məzmununu zənginləşdirdi və önəmini daha da artırdı”, - deyə H.Masuda bildirib.
Konqresdə müzakirə olunan məsələlərin vacibliyinə diqqət çəkən JIJI PRESS agentliyinin şöbə müdiri son vaxtlar xəbər agentliklərinin məruz qaldığı dəyişikliklərdən də danışaraq deyib: “Bunun əsas səbəbi internetin sürətli inkişafı və sosial mediaya təsiridir. Ümid edirəm ki, xəbər agentlikləri sosial media şəbəkəsinə qoşulmaqda ciddi problemlər yaşamayacaqlar. Çünki bu sahədə gedən proseslər hamının diqqət mərkəzindədir. Aparılan müzakirələr, qəbul edilən qərarlar baş verə biləcək hər hansı fəsadın qarşısını ala bilər. İnanıram ki, AZƏRTAC iki mühüm beynəlxalq quruma sədrlik edəcəyi dövrədə sosial media və internetlə bağlı yaranan problemlərin həllində liderlik rolunun öhdəsindən bacarıqla gələcək”.
Bakıya son iki ildə ikinci dəfə səfər etdiyini xatırladan müsahibimiz bildirib ki, Azərbaycan paytaxtı öz gözəlliyi ilə onu heyran edib. Burada qədimlik və müasirlik sıx və üzvi şəkildə birləşib. Son 10 ildə Bakının sürətli inkişafı həqiqətən də insanda böyük heyrət, maraq və xoş hisslər doğurur. H.Masuda Bakı sakinlərinin qonaqpərvərliyini, səmimi münasibətini və buradakı gözəl ab-havanı heç vaxt unutmayacağını deyib.
 





 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info