IDEA gəncləri təltif edib
Tarix: 29.11.2016 | Saat: 17:10:00 | E-mail | Çapa göndər


IDEA İctimai Birliyinin “Gənclərin tədrisi proqramı” sentyabrın 9-da start verdiyi “Landşaft” kursu uğurla yekunlaşıb. Kursu müvəffəqiyyətlə bitirən 30-a yaxın gənc IDEA tərəfindən sertifikat və hədiyyələrlə təltif edilib.IDEA-dan bildirilib ki, kursun təşkil edilməsində əsas məqsəd insanla təbiət arasında harmoniya yaratmaq, təbiət gözəlliklərini önə çıxarmaq, o cümlədən yaşıllaşdırma işlərini düzgün həyata keçirməyi və ətraf mühit komponentləri arasında estetik əlaqə qurmağı təşviq etmək olub.Kurslar iki ay müddətində IDEA İctimai Birliyinin Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında və Zirə Mədəniyyət Mərkəzində yerləşən resurs mərkəzlərində keçirilib. 500-ə yaxın qeydiyyatdan keçmiş şəxs arasından seçilən 30 gənc həmin kursda landşaftların təsnifatı, landşaft memarlığının tarixi, landşaft memarının vəzifələri, landşaft dizaynerliyi, orqanik əkinçilik və onun əhəmiyyəti və s. bu kimi mühüm əhəmiyyətə malik mövzularla bağlı öz bilik və bacarıqlarını dərinləşdirib.IDEA mütəmadi olaraq ətraf mühit və davamlı inkişaf sahələrində təhsil alan gənclərin ekoloji biliklərini artırmaq, onların diqqətini ekoloji problemlərin həllinə yönəltmək, vacib ekoloji mövzulara mütəxəssis yanaşmasını müşahidə etmələrinə kömək etmək məqsədilə hər ay təlimlər, seminarlar, ekoloji mövzuda filmlər, söhbət klubları, dəyirmi masalar, müsabiqələr və s. təşkil edir.
Tədbirlər barədə elanlar ictimaiyyətə IDEA-nın onlayn xidmətləri (www.ideacampaign.org, www.instagram.com/idea_campaign və https://www.facebook.com/ideacampaign.org) vasitəsilə çatdırılır.

Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info