Universitetlər arasında keçirilən paintball və tir atıcılığı yarışları başa çatıb
Tarix: 29.11.2016 | Saat: 17:41:00 | E-mail | Çapa göndər


“Yeni Yol” Gənclərin Maarifləndirilməsi İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Universitetlərarası paintball və tir atıcılığı yarışlarının təşkili” layihəsini uğurla başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, layihənin əsas məqsədi müharibə şəraitində yaşayan ölkəmizin gənclərini vətənpərvərlik ruhunda tərbiyələndirmək, tələbələrin hərbi xidmətə hazırlıq səviyyəsini yüksəltmək, atıcılıq qabiliyyətlərini və döyüş bacarıqlarını inkişaf etdirməkdir.
Gərgin idman mübarizəsi şəraitində keçən paintball yarışlarının finalında ADPU ilə ADRA qarşılaşıb. Əzmkar oyunu sayəsində ADRA-nı təmsil edən “Qatillər” komandası qalib gəlib.
Tir və stend atıcılığı yarışlarında bütün hədəflərə dəqiq atəş açan ADİU-nun tələbəsi Şirvan Şirvanlı birinci yeri tutub.
Layihə çərçivəsində gənclərdə Vətənə sevgini, əsgərə hörməti, hərbi xidmətə rəğbəti artırmaq məqsədi ilə gənclər üçün seminarlar və düşərgə də təşkil olunub.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.04.2019
Yeni turizm mövsümü başlayır: Bu ilin üç ayında Azərbaycana 157 ölkədən ziyarətçi gəlib
18.04.2019
“Bakcell” Formula 1 Azərbaycan Qran Prisinin ilk rəsmi dəstəkçisi oldu
18.04.2019
Ad günün mübarək, şəhidim!
18.04.2019
Yanğından zərər çəkmiş sahibkarlara dəstək: 345 sahibkar mallarını ticarət mərkəzindən çıxarıb
18.04.2019
“İrəli” İctimai Birliyinin “Aprel Zəfəri”nə həsr etdiyi layihə davam edir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10749

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Milli mədəniyyətimizin fədakar tədqiqatçısı və təmsilçisi Babək Qurbanov haqqında
5 Rusiya Prezidenti Krasnoyarskdakı Azərbaycan diaspor rəhbərini təltif edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info