Milli Məclis işçilərinin maaşları artırılacaq
Tarix: 29.11.2016 | Saat: 17:44:00 | E-mail | Çapa göndər


Gələn il Milli Məclis üzrə əməyin ödənişi xərclərinə 16 mln. 664,8 min manat və ya ümumi xərclərin 72,2%-i həcmində vəsait yönəldilməsi nəzərdə tutulub.
Hesablama Palatası “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəy qeyd olunub ki, bu, 2016-cı ilin gözlənilən icrasından 1 mln. 979,1 min manat və ya 13,5% çoxdur və əsasən yeni komitələrin yaradılması ilə bağlı ştat vahidinin artımı ilə əlaqədar əməyin ödənişi xərclərinin artması hesabınadır.
“Azərbaycan Respublikasının Milli Məclisi üzrə proqnozlaşdırılmış xərclərin strukturunda əməyin ödənişi xərcləri üstünlük təşkil edir”, - deyə rəydə qeyd olunub.
Bununla yanaşı, aparatın saxlanılması xərclərinin tərkib hissəsi olan malların (işlərin və xidmətlərin) satın alınmasına 5 mln. 160,9 min manat və ya ümumi xərclərin 22,4%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 752,6 min manat və ya 17,1% 147 çox), təqaüd və sosial müavinətlərə 98,4 min manat və ya xərclərin 0,4%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 12,5 min manat və ya 14,6% çox), digər xərclərə 742,7 min manat və ya xərclərin 3,2%-i (2016-cı ilin gözlənilən icrası ilə müqayisədə 80,3 min manat və ya 12,1% çox) və qeyri-maliyyə aktivlərinin alınmasına 423,0 min manat və ya xərclərin 1,8%-i (2016-cı ilin təyinatı ilə müqayisədə 225,0 min manat və 34,7% az) həcmində vəsait proqnozlaşdırılıb.
Qeyd edək ki, gələn il Milli Məclisə dövlət büdcəsindən ümumilikdə 23 mln. 89,7 min manat vəsait proqnozlaşdırılıb. 
APA




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində
21.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edib
21.09.2018
“Azərenerji”: Ölkə enerjisi sistemində təxirəsalınmaz tədbirlərin həyata keçirilməsinə başlanılıb
21.09.2018
“Əsrin müqaviləsi” Azərbaycanın dirçəlişinə, iqtisadi inkişafına geniş yol açıb
21.09.2018
“Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması tarixi hadisədir”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10129

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info