Kopenhagendə vaxtı keçmiş məhsullar satan mağazalar şəbəkəsi açılıb
Tarix: 29.11.2016 | Saat: 19:00:00 | E-mail | Çapa göndər


Danimarkanın paytaxtı Kopenhagendə yüksək tələbat olan və istifadə müddəti bitmiş məhsulların satışını həyata keçirən mağaza açılıb. İlk belə supermarket ilin əvvəlində “Wefood” layihəsi çərçivəsində şəhərin Amager rayonunda açılmışdı.
AZƏRTAC “Lenta.ru”ya istinadla xəbər verir ki, qiymətləri ucuzlaşdırılmış bu supermarket xüsusən evdar qadınlar və pensiyaçılar tərəfindən bəyənilir.
“Məgər bu əla deyil? Konfetlər satışda yüz il də qala bilər, onlara heç nə olmaz, çünki tərkibində şəkər var", - Milad bayramı üçün nəvələrinə hədiyyə konfet alan təqaüdçü deyir.
Bütün məhsullar istehsalçılardan, təchizatçılardan və digər supermarketlərdən pulsuz təqdim olunur. Danimarkada istifadə vaxtı ötmüş ərzaq məhsulları sağlamlıq üçün birbaşa təhlükə yaratmırsa, onların satışına qadağa qoyulmur.
Hazırda istifadə müddəti bitmiş məhsulların tullanmaması təcrübəsi Avropada getdikcə daha da populyarlaşır. Belə ki, bu ilin fevralında Fransada supermarketlərə vaxtı keçmiş məhsulları tullamaq qadağan edilibdi.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı
14.09.2019
Dünyada hər il 26 milyon hektar meşə qırılır

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info