AMEA Naxçıvan Bölməsi qiymətli əlyazmaların sürətlərini əldə edib
Tarix: 29.11.2016 | Saat: 19:14:00 | E-mail | Çapa göndər


Görkəmli Azərbaycan alimi Hinduşah ibn Səncər Naxçıvani tərəfindən XIII əsrin sonlarında fars və türk dillərində qələmə alınan “Əs-Sihahül əl-Əcəmiyyə” adlı leksikoqrafik əsərin əlyazmasının iki nüsxəsi Türkiyədə tapılıb. AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Əbülfəz Quliyev həmin nüsxələrin surətlərini Türkiyənin İstanbul şəhərinin Süleymaniyə Kitabxanasından və Topqapı Sarayı Muzeyindən əldə edib.
AZƏRTAC xəbər verir ki, Əbülfəz Quliyev tərəfindən tədqiqata cəlb olunan əlyazmanın bir nüsxəsi 108 səhifədən, o biri nüsxəsi isə 77 səhifədən ibarətdir. Əlyazmaların fotosurətləri AMEA Naxçıvan Bölməsinin Əlyazmalar fondunun balansına daxil edilib.
Leksikoqrafik əsər vaxtilə Qafqazdakı, Anadoludakı, Balkanlardakı və Yaxın Şərqdəki mədrəsələrdə dərs vəsaiti kimi istifadə olunub. Buna görə də dünyanın müxtəlif kitabxana və muzeylərində sözügedən əsərin bu günə kimi 100-ə qədər nüsxəsi mühafizə olunmaqdadır.
Qeyd edək ki, tarixçi, dilçi alim, filosof, mütərcim, şair, katib, dövlət xadimi Fəxrəddin Hinduşah ibn Səncər ibn Abdullah Naxçıvani 1245-ci ildə Giran şəhərində anadan olub. O, təhsilini Bağdaddakı ən məşhur mədrəsələrdən sayılan Müstənsəriyyədə alıb. Hülakilər zamanında Hinduşah Naxçıvani maliyyə idarəçiliyində çalışıb və bir çox vilayətlərin hakimi təyin olunub. Azərbaycan və bir sıra qonşu ölkələrin ictimai-siyasi həyatından bəhs edən “Təcarüb üs-sələf” əsərinin, 1307-1308-ci illərdə ərəb dilində qələmə aldığı “Məvarid ül-ərəb” antologiyasının, fars dilində bir sıra məşhur şeirlərin müəllifidir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
20.04.2019
Salyanda Nəsiminin 650 illik yubileyi qeyd edilib
20.04.2019
Ölkə ərazisində müşahidə olunan faktiki hava şəraiti açıqlanıb
20.04.2019
Bu günün havası - Yağış hələ yağacaq...
20.04.2019
Lerik və Yardımlı rayonlarına qar yağıb
19.04.2019
Aprelin 22-dən problemli krediti olan şəxslərə kompensasiya ödənişlərinin verilməsinə başlanacaq

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10754

1 Erməni yoxsa türk qırğını?
2 Müharibə veteranlarına Prezident təqaüdü təsis edilib
3 Hemilton “Formula-1“ tarixinin 1000-ci yarışının qalibi olub
4 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
5 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info