Nazir: “Türkdilli dövlətlərin təşkilatlarını İKT xidmətlərimizdən istifadəyə dəvət edirik”
Tarix: 29.11.2016 | Saat: 19:40:00 | E-mail | Çapa göndər


İnformasiya və kommunikasiya texnologiyaları hər bir ölkənin ümumi  inkişaf dinamikasını göstərən bir sahədir və müasir dövrdə İKT-nin inkişafı bütün ölkələrdə prioritet istiqamətlərdən biri hesab olunur. Bunu Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv ölkələrin İnformasiya və Kommunikasiya Texnologiyaları üzrə birinci nazirlər toplantısında çıxışı zamanı bildirib. Nazirin sözlərinə görə, Azərbaycan üçün İKT nisbətən yeni sahədir, amma buna baxmayaraq ölkəmiz bu sahədə bir sıra uğurlar əldə edib. “Ölkədə informasiya cəmiyyətinin formalaşması üzrə siyasətin aparılması dövlət idarəçiliyində, biznes sektorunda, ümumiyyətlə cəmiyyətdə hər bir vətəndaşın İKT imkanlarından yararlanması üçün əlverişli şəraitin yaradılması istiqamətində mühüm addımlar atılıb. 2013-cü ildə Azərbaycanda İKT-nin inkişafı növbəti mərhələyə keçib. 2013-cü ildə “Azərspace-1” orbitə çıxarılıb və bununla da ölkəmiz kosmik dövlətlərdən birinə çevrilib. Hazırda “Azərspace-2 peykinin orbitə çıxarılması üzrə işlər aparılır. Bir çox ölkələrin dövlət və özəl qurumları mövcud peyklərimizin xidmətlərindən istifadə edir. Biz bu istiqamətdə əməkdaşlığın genişləndirilməsinə həmişə hazırıq və türkdilli dövlətləri təmsil edən təşkilatları İKT xidmətlərimizdən istifadəyə dəvət edirik. İKT sahəsi daim inkişaf edən sahədir. Bu baxımdan beynəlxalq təcrübənin öyrənilməsi, qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulması, təcrübə mübadiləsinin artırılması vacib şərtdir”, - deyə nazir əlavə edib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Azərbaycanda gördüklərim məndə xoş təəssüratlar yaratdı
22.09.2018
Azərbaycan ilə İordaniya dost və qardaş ölkələrdir
22.09.2018
Azərbaycan-Rusiya parlamentlərarası əlaqələri yüksək səviyyədədir
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info