Alpaqut Turan döyüş sənəti üzrə Azərbaycan Kuboku keçirilib
Tarix: 29.11.2016 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Türkün döyüş sənəti olan alpaqut idman növü üzrə Azərbaycan Kuboku keçirilib. Abşeron, Binəqədi, Mingəçevir, Neftçala, Ağdam, Laçın, Dərələyəz, Qaradağ, Sumqayıt, Nərimanov, Kürdəmir, Şəmkir, "İnam" klubu, "Turan" klubu, "Free Style" klubu, "Az Fight" klubu komandalarının qatıldığı yarışlar Zirvə idman kompleksində keçirilib. Kubokun açılış mərasimində çıxış edən Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov komandalara uğurlar arzulayaraq, onlardan yüksək səviyyəli yarışlar gözlədiyini vurğulayıb: "Alpaqut hərb sənətidir, alpaqut döyüş mədəniyyətidir, alpaqut türkün tarixidir, alpaqut vətənpərvərlikdir. Belə bir idman növündə təmsil olunan, yarışan idmançılarımızdan kimlərin qalib olması əsas deyil. Əsas odur ki, hamılıqla dünənimizə, tariximizə, mədəniyyətimizə sahib çıxırıq. Müharibə şəraitində yaşayan bir ölkə olaraq hərb sənəti olan alpaqutu inkişaf etdirmək borcumuzdur". Daha sonra millət vəkili Qənirə Paşayeva çıxış edərək alpaqut idman növünün qısa zamanda Azərbaycanda və dünyada uğur qazanmasının fərəhləndiririci hal olduğunu deyib: "Bu idman növünü, türkün tarixini, mədəniyyətini, hərb sənətini tanıdan, inkişaf etdirən, bütün dünyaya yayan federasiya rəhbərliyinə və idmançılarımıza təşəkkür edirəm. Alpaqut sıradan, adi bir idman növü olmadığı üçün, milli, vətənpərvər ideyaları özündə əks etdirdiyi üçün, turançılığı tərənnüm etdiyi üçün təqdirəlayiqdir, hər birimiz bu idman növünün təbliğinə öz töhfəmizi verməliyik". "Türk dünyasına xidmətlərinə görə" millət vəkili Qənirə Paşayeva Alpaqut Federasiyasının fəxri üzvü elan olunub, federasiya prezidenti Aqil Acalov Qənirə Paşayevaya diplomu təqdim edərək, fəaliyyətlərinə görə təşəkkür edib. Sonda alpaqut idman növünün qurucusu, kutsan Vasif Namazov çıxış edərək türkün qədim döyüş sənətinin dünyada tanıdılmasından, uğurlarından söz açıb: "Cəmi bir neçə nəfərlə bu yola çıxmışdıq. Nəinki dünyada, heç öz ölkəmizdə tanınmırdıq. Amma bu gün dünyanın bir sıra ölkələrində təmsil olunuruq, Azərbaycanın əksər regionlarında tanınırıq. Bütün bunlar federasiyamızın uğurudur, türkün döyüş sənətinə olan sevginin nəticəsidir". "Vəfa" İctimai Birliyi də kuboku izləməyə gələn qonaqlar qismində təmsil olunublar. Çıxışlardan sonra yarışlar start götürüb. 8-18 yaşlar arası və 18 yaşdan yuxarı müxtəlif çəki dərəcələrində yarışan idmançılar öz güclərini sınayıblar. Caymaz sistemi üzrə Azərbaycan Kubokunun qalibləri 1-ci yerdə Qaradağ, 2-ci yerdə Ağdam, 3-cü yerdə Neftçala komandaları müəyyənləşdirilib. Batur sistemi üzrə 1-ci pillədə Abşeron, 2-ci pillədə Binəqədi, 3-cü pillədə Sumqayıt komandaları qərarlaşıb. Aypara sistemi üzrə isə Nərimanov, Ağdam, Laçın komandaları müvafiq olaraq 1,2 və 3-cü yerləri paylaşmaqla Azərbaycan Kubokunun qalibi olublar.




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Pentek “Milan”la müqaviləni razılaşdırıb
17.01.2019
Kişilər arasında şahmat üzrə Azərbaycan çempionatı davam edir
17.01.2019
Kriştianu Ronaldo: “İbrahimoviç mənim paxıllığımı çəkir”
17.01.2019
“Yuventus“ səkkizinci dəfə İtaliya Super kubokunun qalibi olub
16.01.2019
Boks üzrə Azərbaycan millisi hazırlıqlarını Göygöldə davam etdirir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10564

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Dərslər təxirə salındı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info