Qafqaz Universiteti və BP şirkəti arasında layihələr davamlı olacaq
Tarix: 29.11.2016 | Saat: 19:55:00 | E-mail | Çapa göndər


Qafqaz universiteti, öz tələbələrini iş dünyasına hazır kadrlar kimi yetişdirməyi qarşısına əsas məqsəd qoymuşdur. Bu məqsədi yerinə yetirmək üçün universitet mütəmadi olaraq müxtəlif dövlət qurumları və özəl şirkətlərlə sıx əməkdaşlıq edir, tələbələrin yüksək ixtisaslı kadrlar olaraq hazırlanmasında şirkətlərin təcrübələrindən yararlanır. Ölkəmizdə ən böyük özəl şirkətlərdən biri də BP Azərbaycan şirkətidir. BP Azərbaycan, Qafqaz universiteti ilə bir sıra layihələrə imza atmışdır. Bu layihələrdən ən əhəmiyyətlisi Qafqaz Universiteti ilə BP Azərbaycan şirkəti arasında imzalanmış memorandoma əsasən mühəndislik ixtisaslarının genişləndirilməsi layihəsidir. Layihə çərçivəsində BP Azərbaycan şirkətinin sponsorluğunda universitetin mühəndislik fakültəsi nəzdində 4-ü kimya mühəndisliyi və 12-si mexanika mühəndisliyi ixtisasında olmaqla toplam 16 adda yüksək texnologiyaya sahib avadanlıqlarla əhatə olunmuş laboratoriyalar tələbələrin istifadəsinə verilmişdir.
Qafqaz Universiteti və BP şirkətləri arasında layihələrin davamlı və inkişafı üçün BP-i şirkətinin nümayəndələri Qafqaz Universitetində olublar. Universitetin rektoru professor Havar Məmmədov nümayəndə heyətinə bildirib ki , universitetin iş dünyası ilə əlaqələri yüksək səviyyədə qurulub. BP-i ilə olan əməkdaşlıq isə nümunəvi səviyyədədir. Ölkəmizdə sənaye parkları müasir texnologiyalı istehsal müəssisələri qurulur. Bu baxımdan müasir biliklərə yiyələnmiş mühəndislərə ehtiyac var. Qafqaz Universiteti də bir neçə istiqamətdə mühəndis hazırlayır. BP tərəfindən Universitetimizdə açılmış kimya və mexanika laboratoriyaları savadlı mütəxəssislərin yetişməsində önəmli rol oynayır. Onların iş dünyasının tələblərinə cavab verəcək mütəxəssis kimi hazırlanmasında BP-i ilə əməkdaşlığın inkişafından məmnunuq.Təhsilə önəm verən Qafqaz Universiteti və BP şirkətləri arasında belə lahiyələrin davamlı olacağına inanıram.

Şirkət nümayəndələri də universitetlə əməkdaşlıqdan razı olduqlarını BP-nin keçirdiyi müsabiqələrdə Qafqaz Universiteti tələbələrinin müvəffəq olduqlarını diqqətə çatdırıblar. Bildiriblər ki hər il universitetin mühəndislik və iqtisadiyyat fakültəsinin 4-5 ci kurs tələbələri ilə keçirdikləri görüşlər çox faydalı olur.
BP şirkətinin nümayəndələri 2018-ci ildə məzun olacaq mühəndislik tələbələrinə BP-tərəfindən elan olunmuş “ Yay təcrübəsi ” proqramı haqda seminar veriblər. Tələbələrə 10 həftəlik proqramda iştirak etmək üçün qeydiyyatdan keçmə və müsabiqə şərtləri haqda məlumat veriblər. Qeyd ediblər ki, proqramda iştirak edən tələbələr məzun olduqdan sonra BP-də işləmək imkanı əldə edəcəklər.
Keçən il həmin proqramda iştirak edən Qafqaz Universitetinin tələbələri Taleh Nuri və Rəşad Vəlili proqram çərçivəsində qazandıqları təcrübədən danışıblar. Bildiriblər ki , dənizdə olan platformalara səyahət etdik və orada iş şəraiti ilə tanış olduq. Layihələr hazırladıq və onu istehsalata tətbiq elədik. Bundan əlavə təşkil olunan sosial layihələrdə iştirak etdik.
Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.


Tural




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info