ADPU ilə Kazan Federal Universitetinin Yelabuj İnstitutu arasında müqavilə imzalanıb
Tarix: 29.11.2016 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan Federal Universitetinin Yelabuj İnstitutunun direktoru xanım Merzon Yelena Yefimovna ilə görüşüb. Görüşdə ADPU-nun Tərbiyə işləri üzrə prorektoru, professor Fikrət Rzayev, Tədrisin İdarə Olunması və Tədris Texnologiyaları Mərkəzinin direktoru, dosent Sənan Əliyev, Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə iştirak ediblər. Qeyd edək ki, bir müddət öncə-oktyabr ayının 13-də ADPU ilə Kazan Federal Universitetinin Yelabuj İnstitutu arasında qarşılıqlı əməkdaşlıq əlaqələrinin yaradılması üçün universitetdə görüş keçirilib. Həmin görüşdə müəllim hazırlığı və hər iki ali təhsil müəssisəsi arasında əməkdaşlıq məsələləri müzakirə edilib, bu istiqamətdə səmərəli fikir mübadiləsi aparılıb. Noyabr ayının 29-da keçirilən görüş zamanı isə ADPU ilə Kazan Federal Universitetinin Yelabuj İnstitutu arasında elmi əməkdaşlıq haqqında müqavilə imzalanıb. Müqavilədə universitetlərin fəaliyyət istiqamətlərinin perspektivlərinə uyğun olaraq birgə elmi-tədqiqat işlərinin aparılması, layihə və proqramların icra edilməsi üçün alim və mütəxəssislərin mübadiləsi, müştərək elmi-texniki konfranslar, simpozium, sərgi və seminarların keçirilməsi, elmi-texniki informasiyanın, sənədlərin, dövri elmi nəşrlərin, reklam-informasiya materiallarının qarşılıqlı mübadiləsi, birgə nəşriyyat fəaliyyəti, elmi işlərin, almanaxların, illik icmalların və s. nəşri nəzərdə tutulub.
ADPU-nun rektoru, professor Cəfər Cəfərov və Kazan Federal Universitetinin Yelabuj İnstitutunun direktoru xanım Merzon Yelena Yefimovna iki ali təhsil müəssisəsi arasında elmi müqavilənin bağlanılmasından məmnun qaldıqlarını bildirərək, bu əməkdaşlığın hər iki tərəf üçün faydalı olacağına inamlarını ifadə ediblər.

Nigar




 
Bölməyə aid digər xəbərlər
18.11.2018
Bakı Şəhər Baş Polis İdarəsinin məlumatı
18.11.2018
Əli Həsənov: Polis üçün əsas siyasi mənsubiyyət məsələsi deyil, ictimai asayişin təmin edilməsidir
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10498

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info