Azərbaycana sərmayə qoymaq istəyən xaricdəki həmvətənlərimizə güzəştlər tətbiq olunur
Tarix: 29.11.2016 | Saat: 19:58:00 | E-mail | Çapa göndər


Azərbaycanda sərmayə qoymaq istəyən xaricdə yaşayan azərbaycanlı iş adamlarına xüsusi gömrük və vergi güzəştlərinin edilməsi təklif olunub. Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev "Xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasəti haqqında" qanuna düzəlişlər müzakirə olunan zaman bildirib ki, dünya azərbaycanlılarının son qurultayında Prezidentin bununla bağlı çağırış etdiyini xatırladıb: “Biz də dünyada yaşayan azərbaycanlı iş adamlarına vətənə sərmayə qoymaları ilə bağlı xüsusi güzəştlər etməliyik”. O qeyd edib ki, xaricdə yaşayan azərbaycanlı iş adamlarından kim Azərbaycana sərmayə qoyacaqsa, ona vergi və gömrüklə bağlı xüsusi güzəştlər nəzərdə tutulmalıdır: “Prezidentin çağırışından sonra Diasporla İş üzrə Dövlət Komitəsi də bu məsələ ilə bağlı görüşlər keçirməlidir. Biz də bu işə qoşulaq və qanunvericiliyə bununla bağlı düzəlişlər edək ki, Azərbaycana sərmayə qoymaq istəyənlərin sayı və marağı artsın”. 
Spiker Oqtay Əsədov isə bildirib ki, qanundakı düzəlişlərdə “şərait yaradılması” fikri elə həmin şəxslərə qeyd olunan güzəştləri nəzərdə tutur.
Qanunun 5.3-cü maddəsinə təklif olunan dəyişiklikdə bildirilir ki, “Azərbaycan Respublikası vətəndaşlığına qəbul edilməsi barədə vəsatət qaldıran, xaricdə yaşayan azərbaycanlı müvafiq dövlət rüsumunu ödəməkdən azad edilir” cümləsində “müvafiq dövlət rüsumu ödəməkdən azad edilir” sözləri “tərəfindən dövlət rüsumunun ödənilməsi məsələsi “Dövlət rüsumu haqqında” qanunla tənzimlənir” sözləri ilə əvəz edilir. Beləliklə, xaricdə yaşayan azərbaycanlı Azərbaycan Respublikasının vətəndaşlığına qəbul olunmaq üçün müraciət edən zaman ondan bununla bağlı qanuna müvafiq olaraq rüsum tələb olunacaq. Qanunun 6.2-ci maddəsinə edilən dəyişikliyə əsasən isə “Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardım göstərə bilərlər” cümləsində “yardım göstərə bilərlər” sözləri “yardımı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada göstərirlər” sözləri ilə əvəz edilir. Bununla da xaricdə yaşayan azərbaycanlılara sosial yardım göstərmək istəyən hər hansı bir dövlət orqanı bu sahə üzrə müvafiq icra hakimiyyətinin müəyyən etdiyi qayda olmadan göstərə bilməyəcək.
Xatırladaq ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı müvafiq icra hakimiyyəti orqanı Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsidir. Qanunun 7.1 və 11-ci maddələrində isə xaricdə yaşayan azərbaycanlılara xüsusi güzəştlər nəzərdə tutulur.
Layihə səsə qoyularaq qəbul olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib
19.09.2018
Dövlət Əmək Müfəttişliyi Xidməti Lənkəran və Masallı rayonlarında seminar keçirib
19.09.2018
Əcnəbilərin Azərbaycana marağını necə artırmaq olar

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info