CSAIL-nın alimlərindən daha bir yenilik
Tarix: 29.11.2016 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


Massaçusets Texnologiya İnstitutunun nəzdində fəaliyyət göstərən Kompüter elmləri və süni intellekt laboratoriyasının (“CSAIL”) alimləri tərəfindən hazırlanmış dərin təlim alqoritmi bir kadr əsasında öz çarxlarını hazırlaya və gələcək hadisələrin inkişafını deyə bilir.
“CSAIL” mühəndisləri tərəfindən ümumi uzunluğu 1 ildən çox və insanların adi, gündəlik həyatı təsvir edilmiş təxminən 2 milyon video neyron şəbəkəsinə göstərilib. Bu halda alqoritm hadisələrin sonrakı inkişafını əvvəlcədən bilməyib.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, alimlər tərəfindən yaradılmış “ikiaxınlı arxitektura” bu məlumat yığımına əsaslanaraq gördüklərinə əsasən insanın hərəkətlərini yenidən yaratmağa çalışıb. Nəticədə aşağı keyfiyyətli çox qısa (cəmi 1 saniyə və ya 32 kadr) çarx hazırlayıb.
Kompüter tərəfindən yaradılmış videoda, məsələn, çimərlik, dəmir yolu stansiyaları və yeni doğulmuş körpələrin sifəti təsvir edilib. Bundan sonra alimlər komandası “Amazon Mechanical Turk” xidmətinə çarxın keyfiyyətini qiymətləndirmək xahişi ilə müraciət edib. Təəccüblü olsa da, alqoritm tərəfindən yaradılmış video istifadəçilərə inandırıcı görünüb.
Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.09.2019
Yerli uçan avtomobil Cezerinin təqdimatı keçirilib
17.09.2019
Moskva sakini lotereyada 286 milyon rubl udub
15.09.2019
Dinozavrları yox edən meteoritin Yer kürəsi ilə toqquşduğu gün nələr yaşanıb?
15.09.2019
MKİ SSRİ-ni izləmək üçün heyvanlardan da istifadə edib
15.09.2019
Qaçaqmalçılardan 800 yaşlı kitab aşkarlandı

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10887

1 Prezident İlham Əliyev AŞPA-nın prezidentini qəbul edib
2 Daxili İşlər nazirindən yeni təyinat
3 Prezident Bakı Metropoliteninin “Xətai” stansiyasında görülən işlərlə tanış olub
4 Masallı rayonunun Çaxırlı ərazisinin Kəlbəhüseynli kəndində səyyar görüş
5 5 mindən artıq müəllimin maaşı 1000 manatı ötüb


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info