Kənd təsərrüfatı istehsalı maksimal həddə çatdırılacaq
Tarix: 02.04.2013 | Saat: 23:51:00 | E-mail | Çapa göndər


Əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair dövlət proqramına (2008-2015-ci illər) uyğun olaraq istər bitkiçilik, istərsə də heyvandarlıq sahəsində istehsal göstəriciləri maksimum həddə çatdırılmalıdır. Bunu kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Nazir müavini qeyd edib ki, dövlət proqramına uyğun olaraq, ölkədə taxıla olan illik tələbat 2,8 mln. ton təşkil edir və 2015-ci ilin sonuna bu həcm yerli istehsal hesabına təmin olunmalıdır. Onun sözlərinə görə, ətə olan illik tələbat 340 min tondur: «Quş ətini 80 mln. tona çatdırmalıyıq. Bu gün 45-50 min ton quş əti istehsal olunursa, biz onu 80 mln.-a çatdırmalıyıq. Bu istiqamətdə işlər davam etdirilir». B.Əliyev qeyd edib ki, Nazirlər Kabineti 2012-ci ildə imzaladığı müvafiq sərəncama əsasən, Ağcabədi rayonunun ərazisində 3 300 hektar sahədə ilk iri fermer təsərrüfatı yaradılıb. Onun sözlərinə görə, artıq orada tamamlama işləri gedir və 1 875 hektarlıq sahə yaz əkinləri üçün hazırlanır: «Beyləqan rayonunda da həmin sərəncama uyğun olaraq 1 500 hektardan artıq sahə hazırlanıb. Bu sahədə meliorasiya işlərinə hazırlıq gedir. Nazirlər Kabinetinin digər sərəncamına uyğun olaraq, Şəki rayonunda 5 500 hektar sahə qış otlaqları üçün ayrılıb. İcra başçısına bu istiqamətdə tapşırıqlar da verilib». Bəhram Əliyev deyib ki, kənd təsərrüfatı sahəsində hazırlanan dövlət proqramı və strategiya yaxın günlərdə hökumətə təqdim olunacaq. O bildirib ki, strategiyanın əsas müddəaları 4 istiqaməti əhatə edir: “Əsas istiqamət bitkiçilik və onun əsası olan toxumçuluğu inkişaf etdirmək, ikincisi heyvandarlıq və onun əsası olan damazlıq sistemini inkişaf etdirmək, üçüncüsü azad torpaq mülklərinin qorunub saxlanmasıdır. Azərbaycanın 41,8% ərazisi eroziyaya uğrayıb. Burada çoxlu işlər görmək lazımdır. Dördüncü istiqamət isə marketinq problemi, yəni fermerin yetişdirdiyi məhsulun bazara çıxarılmasıdır. Düşünürəm ki, bu 4 istiqamətdə strategiyanın əsas müddəaları olaraq yerlərdə məlumatlar hazırlanıb. Müəyyən ekspertləri də dəvət etmişik ki, bu sənədin hazırlanmasında iştirak etsinlər. Bu, mühüm bir sənəddir və gələcək üçün əsas təminatdır. Bizim əsas məqsədimiz odur ki, ərzaq təhlükəsizliyi problemi həll olunsun. Bu problemi həll etmək üçün öncə əkin sahələrini inkişaf etdirmək lazımdır”.




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Avstriya ilə memorandum imzalanıb
19.09.2018
Bakıda keçiriləcək yarmarkaya Qobustandan 2 ton bal çıxarılacaq
19.09.2018
Göyçayda sahibkarlar üçün treninq keçirilib
19.09.2018
Bakıda E-ticarət bacarıqlarının inkişaf etdirilməsi üzrə master-klas keçiriləcək
19.09.2018
“Ümid”dəki ikinci platformadan yeni quyu 2020-ci ildə qazılacaq

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10121

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info