Naftalanda “Sağlam gənclik-sağlam gələcək!” adlı layihə
Tarix: 29.11.2016 | Saat: 20:49:00 | E-mail | Çapa göndər


Naftalan şəhərində “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik-sağlam gələcək!” adlı layihə ilə bağlı tədbirini keçirib.
Tədbiri Şəhər İcra Hakimiyyətinin əməkdaşı açaraq qonaqları öz şəhərlərində görməkdən qürur hissi duyduğunu vurğulayıb və layihənin əhəmiyyəti haqqında danışıb.
Sonra çıxış üçün söz birliyin Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun əməkdaşı Jalə Məmmədovaya verilib. O, 5 illiyini qeyd etməyə hazırlaşan Gənclər Fondunun məqsədi və dəstəklədiyi layihələr haqqında danışaraq gəncləri fondun layihələrində iştiraka dəvət edib.
Daha sonra ictimai birliyin sədri, layihə rəhbəri Elçin Manafov iştirakçıları ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib. O bildirdi ki, hər işin başında sağlamlıq gəlir. Ulu öndərin “Sağlam bədəndə sağlam ruh olar!” kəlamını xatırladan E. Manafov gənclərə öz tövsiyələrini verib.
Daha sonra ekspert Samir Emioğlu gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat verib.
Tədbirdə RİH-nümayəndələri (təhsil şöbəsinin əməkdaşları), Yap GB-nin sədri Aynur Novruzova, Gənclər və İdman İdarəsinin əməkdaşları və orta məktəb şagirdləri iştirak ediblər. Tədbir diskussiya və müzakirə şəraitində keçib. İştirakçılarını maraqlandıran suallar cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10117

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
3 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
4 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info