“Tarif Şurasının son qərarları sosial ədalət prinsiplərinə əsaslanıb”
Tarix: 29.11.2016 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


“Tarif Şurasının son qərarları sosial ədalət prinsiplərinə əsaslanıb”. Bunu SİA-ya açıqlamasında iqtisadçı ekspert Ceyhun Xəlilzadə deyib. O qeyd edib ki, vətəndaşların gündəlik istifadəsi üçün qaz və elektrik enerjisinin qiymətinin köhnə tariflərdə saxlanılması ədalət prinsiplərinə əməl olunmasından irəli gəlir: “Tarif Şurasının qərarları kommersiya şirkətləri ilə sadə vətəndaşların ödənişində fərq yaradacaq. Bu da sosial ədalət prinsipini təmin edəcək. Hər bir ailə üçün 1500 kubmetr qaz bəs edir. Ancaq ticarət və istehsalat müəssisələrində daha çox qaz sərf edilir. Hazırda “kombi” sistemləri quraşdırılıb ki, bu da aşağı təzyiqlə işləməklə yanaşı, qaza çox qənaətcildir. Qərarda isə bildirilir ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə illik istehlak həcmi 1500 kubmetrədək olan istehlakçılar üçün dəyişdirilməyərək, bir kubmetr üçün mövcud 10 qəpik səviyyəsində saxlanılıb. Elektrik enerjisinin pərakəndə satış tarifi isə sosial siyasətə uyğun olaraq, əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün dəyişdirilməyərək mövcud 7 qəpik səviyyəsində saxlanılıb. Tarif Şurasının qərarları elektrik enerjisi və qazdan adi qaydada istifadə edən sadə vətəndaşlara təsir göstərməyəcək. Bu qərarlar, eyni zamanda elektrik enerjisi və təbii qazın sərfiyatına daha qənaətlə yanaşmaya və izafi istehlakın qarşısının alınmasına müsbət təsir göstərəcək. Bir sözlə, Tarif Şurasının yeni qərarını enerji təhlükəsizliyinin də təminatçısı kimi dəyərləndirmək olar”.




 
Bölməyə aid digər xəbərlər
18.07.2019
Pomidorun qiyməti bir həftəyə ucuzlaşacaq
18.07.2019
EKVİTA şirkətinin dəstəyi ilə Dövlət Gömrük Komitəsinin Azərbaycan-Fransa və Azərbaycan-İtaliya Ticarət Palataları ilə görüşü keçirilib
18.07.2019
İqtisadiyyat nazirinin müavinləri vətəndaşları qəbul edəcəklər
18.07.2019
Zaqatalada daha bir yem emalı müəssisəsi fəaliyyətə başladı
18.07.2019
“Azeri Light”ın bir barreli 66,17 dollara satılır

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10831

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
3 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
4 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info