Bərdəli gənclər sağlamlıqla bağlı maarifləndiriliblər
Tarix: 29.11.2016 | Saat: 21:02:00 | E-mail | Çapa göndər


Bərdə rayonunda “Gənc İstedadların Maariflənmələrinə və İnkişafına Dəstək” ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Sağlam gənclik-sağlam gələcək!” adlı layihəyə start verib.
Tədbiri RİH nümayəndəsi Fəxrəddin Əzizov açaraq qonaqları salamlayıb və layihənin aktuallığı ilə bağlı iştirakçıları maarifləndirib.
Sonra birliyin sədri Elçin Manafov iştirakçıları ictimai birlik, həyata keçirilən layihənin donoru və layihə barədə ətraflı məlumat verib. O, sağlamlığın əhəmiyyətindən və gəncliyin önəmindən danışaraq iştirakçılara öz tövsiyələrini verdi.

Daha sonra ekspert Samir Elmioğlu gənclərə havaların soyuması ilə bağlı mövsümü xəstəliklərdən qorunma, süni tənəffüs, suda boğulma, gün vurma, zəhərlənmə, donvurma, qanaxmalar, ürək tutması, şok, çıxıqlar və s. kimi günümüzdə hər kəsin bilməsi lazım olan mövzularla çıxış edib, belə hallarda ilk yardım göstərilməsi haqqında məlumat verib.
Tədbirdə orta məktəb müəllimləri, son sinif şagirdləri və rayon gəncləri iştirak edirdi. Tədbir diskussiya və müzakirə şəraitində keçib. İştirakçılarını maraqlandıran suallar cavablandırılıb və sonda xatirə şəkilləri çəkdirilib.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
110 şəhid hərbi qulluqçu üzrə 135 vərəsəyə birdəfəlik ödəmənin verilməsinə dair qərar qəbul olundu
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info