Naxçıvanda gənclər üçün hər cür şərait yaradılıb
Tarix: 29.11.2016 | Saat: 21:33:00 | E-mail | Çapa göndər


Muxtar respublikada gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün ardıcıl tədbirlər görülür. Bu məqsədlə son illər Naxçıvan şəhərində peyntbol oyunlarının keçirilməsi üçün yeni obyektlər istifadəyə verilib, Naxçıvan Atıcılıq Federasiyasının Naxçıvan Atıcılıq Mərkəzi və “Cahan AVM Peyntbol Arena” Oyun Mərkəzi gənclərin sevimli məkanına çevrilib.
AZƏRTAC xəbər verir ki, Duzdağ Kartinq Mərkəzi də gənclərin əylənməsi və vaxtını səmərəli keçirməsi üçün nəzərdə tutulan məkanlardan biridir. Mərkəz muxtar respublikaya gələn turistlərin ən çox üz tutduğu ünvanlardandır. Burada 5 yaşdan yuxarı kateqoriyalar üzrə yarışlar təşkil edilir.
Muxtar respublikada 2015-ci ildə ilk dəfə yaradılan Atçılıq Klubu da gənclərin və uşaqların çox sevdiyi məkanlardandır. Klubda cıdır meydanının uzunluğu 920 metr təşkil edir. 13 atla fəaliyyətə başlayan klubda hazırda 45 müxtəlif cinsli at saxlanılır. Burada yerli Naxçıvan atları ilə yanaşı ərəb, ingilis və Qarabağ atları da var. Həftənin bütün günləri fəaliyyət göstərən klubda insanların istirahəti və təhlükəsizliyi üçün hər cür şərait yaradılıb. Təhsildə yüksək nəticə əldə edən şagirdlərlə yanaşı, sağlamlıq imkanları məhdud uşaqlar da klubdan pulsuz istifadə edirlər. Uşaqlar kiçikboylu at cinslərinə – ponilərə daha çox maraq göstərirlər.


Mahmud




 
Bölməyə aid digər xəbərlər
18.01.2019
Ağsu dolayları qardan təmizlənsə də, gecə yollar buz bağlaya bilər
18.01.2019
Qərargah: Bakıda küləyin sürəti 43 metr/saniyəyə çatdı
17.01.2019
Ən faydalı on göyərti
17.01.2019
Elektrik enerjisinin verilişində ciddi problem yaranmayıb
17.01.2019
Külək dayanacağın damını uçurub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info