UNEC-də iş yerlərinin yaradılması ilə bağlı layihənin açılışı olub
Tarix: 29.11.2016 | Saat: 21:38:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “EE-KEY-AZ Sahibkarlıq təhsili: Azərbaycanda iş yerlərinin yaradılması və məşğulluğun əsas amili kimi” layihəsinin açılışı olub. 4 ili əhatə edəcək layihə UNEC-lə Almaniyanın Siegen Universitetinin tərəfdaşlığı və Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Baş Ofisinin maliyyə dəstəyi ilə həyata keçiriləcək. Layihəyə uyğun olaraq, Almaniya və Azərbaycanda yay və qış məktəblərinin təşkili, maliyyə, biznes planlaşdırılması, sahibkarlıq, innovasiya menecmenti, loqistika, e-kommersiya, risklərin idarə olunması və s. mövzularda təlimlərin keçirilməsi, hər iki universitetin professor-müəllim və inzibati heyətinin iştirakı ilə Bakıda və Siegendə seminarların aparılması nəzərdə tutulur. Eyni zamanda hər il 4 doktorantın bir aylıq tədqiqat təcrübəsində iştirakı, gənc alimlər arasında “Biznes plan” müsabiqəsinin keçirilməsi, “Məsləhətçi Maliyyə Klubları”nın yaradılması da layihə çərçivəsində həyata keçiriləcək. Klub tələbə, magistr və doktorantların məsləhətçi kimi formalaşmasına, eləcə də Almaniya və Azərbaycanın müxtəlif şirkətlərində təcrübə keçməsinə şərait yaradacaq. Layihənin UNEC-də təşkil olunan açılış mərasimində Siegen Universitetinin müəllim və 11 tələbəsi ilə birlikdə İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndələri, Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri, Alman-Azərbaycan Ticarət Palatasının sədri, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GIZ) proqram rəhbəri, Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının Baş katibi, Odlar Yurdu Universitetinin rektoru, Almaniyanın Azərbaycandakı səfirliyinin əməkdaşları, Erasmus+ milli ofisinin nümayəndəsi də iştirak edib. Tədbirdə UNEC rektoru, professor Ədalət Muradov hər iki universitet arasında əlaqələrin davamlı inkişaf etdiyini, aktiv müəllim-tələbə mübadiləsinin həyata keçirildiyini bildirib. UNEC-lə Siegen Universiteti arasında yay və qış məktəbinin uğurlu təşkilindən söz açan rektor, 4 illik layihənin hər iki universitet arasında yeni bir mərhələnin başlanğıcı olduğunu vurğulayıb. Ə.Muradov layihənin Azərbaycanda sahibkarlıq və biznes təhsilinin təkmilləşdirilməsi sahəsində mühüm rol oynayacağını da bildirib. O, layihənin UNEC tələbələrinin əmək bazarına daha yaxşı hazırlanması baxımından əhəmiyyətini, eləcə də onlarda yeni iş yerləri yaratmaq təcrübəsi formalaşdıracağını qeyd edib. Ə.Muradov birgə magistratura proqramının həyata keçiriləcəyini layihənin ən mühüm töhvələrindən biri olacağını bildirib. Alman Akademik Mübadilə Xidmətinin (DAAD) Bakıdakı Məlumat Mərkəzinin rəhbəri xanım Ştefani Düfo bu tipli layihənin Azərbaycanda ilk dəfə həyata keçirildiyini və  bunun DAAD tərəfindən regionda maliyyələşdirilən ən böyük layihə olduğunu qeyd edib. O, layihənin hər iki universitetlə yanaşı, həm də Almaniya və Azərbaycan ali təhsil sistemini bir-birinə yaxınlaşdıracağını bildirib. Siegen Universiteti rektorunun beynəlxalq strateji əməkdaşlıq üzrə müşaviri doktor Ulrix Eberdhat hər iki ali təhsil müəssisəsi arasındakı əməkdaşlığın tarixindən bəhs edib. Layihənin universitetlər arasında qarşılıqlı faydalı əməkdaşlığın məntiqi nəticəsi olduğunu diqqətə çatdırıb. Sonra Siegen Universitetinin departament rəhbəri, professor Petra Muq layihənin məzmunu, məqsədi, 4 il ərzində həyata keçiriləcək tədbirlər, eləcə də layihənin reallaşdırılması və maliyyələşdirilməsi mexanizmi barədə ətraflı məlumat verib. Layihənin hazırlanması və icrasına göstərdiyi dəstəyə görə UNEC rəhbərliyi və digər tərəfdaşlara minnətdarlığını bildirib. Tədbirdə tələbələrin layihə ilə bağlı sualları cavablandırılıb. Sonda Siegen universitetinin qış məktəbində təhsil alan UNEC tələbələrinə sertifikatlar təqdim olunub. Qeyd edək ki, layihəyə uyğun olaraq, oktyabrın 26-da Siegen Universitetində UNEC-in 9 nəfərlik nümayəndə heyətinin də təmsil olunduğu rəsmi açılış mərasimi keçirilib. Layihənin İşçi Qrupunun ilk iclasında layihənin idarə edilməsi məsələləri, 4 il ərzində həyata keçiriləcək tədbirlər, gələcəkdə kurrikulumların uzlaşdırılması və digər texniki-təşkilatı məsələlər müzakirə edilib. UNEC-in gənc müəllimləri və doktorantları Siegen Universitetinin müvafiq departamentlərini təmsil edən professorlarla görüşüb və gələcəkdə Almaniyada tədqiqat aparmaq istədikləri mövzular üzrə müzakirələr aparıblar.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Yüksək Texnologiyalar Parkında startapçılar ABŞ-ın müvəqqəti işlər vəkili ilə görüşüb
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10482

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info