İsveçin neft şirkəti Sudanda beynəlxalq qanunvericiliyi pozmaqda şübhəli bilinir
Tarix: 30.11.2016 | Saat: 00:47:00 | E-mail | Çapa göndər


İsveç Prokurorluğunun əməkdaşları “Lundin Petroleums” neft şirkətinin rəhbərləri ilə görüşüblər. Görüşdə onlara rəsmən bildirilib ki, şirkət 1997-2003-cü illər dövründə Sudanda baş verən hadisələr zamanı beynəlxalq hüququn pozulmasında əli olmaqda şübhəli bilinir.
İsveç KİV-ləri ölkə prokurorluğuna istinadən xəbər verirlər ki, dövlət ittihamçılarının şübhələri xüsusilə zərərçəkənlərin ifadələrinə əsaslanır. Zərərçəkənlər bildiriblər ki, şirkət 1997-2003-cü illərdə Sudanda vətəndaş müharibəsi zamanı əhalini “blok 5A” adlı ərazidən sıxışdırıb çıxaran hərbçilərə maliyyə dəstəyi göstərib. Şahidlərin sözlərinə görə, o dövrdə “Lundion Oyl” adlanan şirkət həmin ərazilərdə iş görməyə hazırlaşırmış. İsveç Prokurorluğu hesab edir ki, bu, bəlkə də, beynəlxalq hüququn pozulması demək idi, çünki təqribən 12 min adamın ölümünə və 160 min adamın məcburi köçkünə çevrilməsinə səbəb olmuşdu.
Şirkətdə bu görüşə və ilkin araşdırmanın başlanmasına müsbət yanaşıblar. Onun nümayəndəsi Robert Eriksson vurğulayıb ki, şirkət o illərdə Sudanda vəziyyətlə bağlı öz nöqteyi-nəzərini təqdim etmək üçün prokurorla görüşə çoxdan çalışır. R.Eriksson şirkətin ünvanına səslənən ittihamların əsassızlığına əminlik nümayiş etdirib. Qeyd edək ki, Krallığın Prokurorluğu 2015-ci ildə həmin iş üzrə araşdırma çərçivəsində həmin dövrdə “Lundin Petroleums” şirkətinin direktorlar şurasının üzvü olan İsveçin sabiq xarici işlər naziri Karl Bildi də sorğu-sual edib. Bu iş üzrə istintaq 2010-cu ildən aparılır. Cinayət işinin qaldırılmasına ictimai diqqəti məhz bu məsələyə cəlb etmək üçün “European Coalition on Oil in Sudan” adlı xüsusi layihə çərçivəsində hazırlanmış məruzənin materiallarının açıqlanması səbəb olub.




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Britaniya deputatları “Brexit“ şərtlərinə dair sazişin əleyhinə səs veriblər
16.01.2019
Türkiyə ərazisində əlverişsiz hava şəraiti davam edir
15.01.2019
ABŞ səfirinin Almaniyadan çıxarılması tələb edilir
15.01.2019
Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO toplantısında iştirak edəcək
15.01.2019
Türkiyə hərbçiləri batmaq təhlükəsində olan 40 qaçqını xilas ediblər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10561

1 “Azərbaycan güclü ölkə kimi dünya miqyasında özünü təsdiqləyib”
2 Xocalı tarixi və mədəniyyəti
3 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
4 Azərbaycan Dövlət Pedaqoji Universitetində doktoranturaya və dissertanturaya qəbul başlanıb
5 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info