İtaliyada avrodan imtina ilə bağlı referendum keçirilə bilər
Tarix: 30.11.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Luidji Di Mayo: “Avronun mövcudluğundan yararlanan yeganə ölkə Almaniyadır. İtaliya isə avro məkanına daxil olandan milli sərvətinin 25 faizini itirib”

“İtaliya və avro bölgəsinin digər ölkələrində vahid Avropa valyutasından imtina ilə bağlı referendum keçirmək lazımdır”.
Bu fikirləri İtaliya parlamentinin Deputatlar Palatasının sədr müavini və eyni zamanda nüfuzlu “5 ulduz hərəkatı” müxalifət partiyasının liderlərindən biri olan Luidji Di Mayo “RİA Novosti” agentliyinə müsahibəsində bildirib. Di Mayonun sözlərinə görə Avropada avronun mövcudluğundan yararlanan yeganə ölkə Almaniyadır: “Almaniyadan fərqli olaraq avro məkanına daxil olan digər dövlətlər zərərlə işləyirlər. İlk dəfə avro barədə söhbətlər meydana gələrkən, bizə az iş müqabilində iki dəfə artıq qazanc əldə edəcəyimiz barədə vədlər verilmişdi. Lakin gözlədiklərimizin əksi ilə rastlaşdıq. Mən təkcə onu deyə bilərəm ki, İtaliya avro məkanına daxil olandan sonra milli sərvətin, demək olar ki, 25 faizindən məhrum olub. Dəqiq desək, sərvətimizin 25 faizini itirmişik. Amma bizi bu yola yönəldənlərin səhvlərini təkrar etmək niyyətində deyilik. Qərarı xalq qəbul etməlidir. Alternativ strategiya haqqında qərar qəbul etmək də lazım gələcək”. Di Mayo arqument kimi iqtisadiyyat üzrə Nobel mükafatçısı Cozefa Stiqlisanın ideyasını göstərib: “Bütün avro bölgəsi ölkələrinin eyni sürətlə hərəkət etməsi barədə illüziya mövcuddur. Lakin başa düşülməlidir ki, Avropa məkanında mövcud olan ölkələr eyni iqtisadiyyata malik deyillər. Buna görə də həmin ölkələrin iqtisadiyyatları müxtəlif sürətlə hərəkət edirlər. Məhz bu mənada “geri çəkilmə strategiyası” ilə bağlı müzakirələrə başlamaq lazımdır. Avrodan imtina ilə bağlı referendum bu müzakirələr üçün yaxşı əsas ola bilər. Biz qərar qəbul edərkən vətəndaşların səsini eşitməli, onların sərbəst qərar qəbuluna şərait yaratmalıyıq. Mən belə düşünürəm ki, avro zonasına daxil olan başqa ölkələr də avronun sonrakı taleyi ilə bağlı belə bir addımın atılmasının tərəfdarı kimi çıxış etməyə hazırdırlar” . Millət vəkili, bəzi KİV-lərin ölkədə dekabrın 4-də konstitusiya islahatı ilə bağlı keçiriləcək referendumda opponentlərin qələbə çalacağı təqdirdə ölkənin avro zonasında qalacağı barədə iddiaları da təkzib edib: “Bu, qorxu yaratmağa salmağa hesablanmış proqnozlardan biridir”. Qeyd edək ki, Cənubi Avropanın maliyyə və iqtisadi böhranla üzləşdiyi məqamdan İtaliyanın avro zonasından imtina etmə istəyi aktual mövzu kimi müzakrə obyektinə çevrilib. “5 ulduz hərəkatı”nın fəalları İtaliyanın avro zonasını tərk etməsi ilə bağlı referendum keçirilməsi üçün 100 mindən artıq imza toplayıb.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
ABŞ-ın ən böyük tarixi səhvi Corc Buşun Yaxın Şərqə qoşun yeritməsi olub
20.09.2018
Macarıstan ilə Ukrayna arasında diplomatik qalmaqal
20.09.2018
Şinzo Abe yenidən Yaponiyanın hakim Liberal Demokratik Partiyasının sədri seçilib
20.09.2018
Paşinyanın növbəti iftirası: siyasi imicini itirmiş şoumen
19.09.2018
Pakistan məhkəməsi Nəvaz Şərifin həbsdən buraxılmasına qərar verib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info