“Avropalı ailə hər ay kommunal xərclərə 600-700 dollar ödəyir”
Tarix: 30.11.2016 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


"Bu gün antiazərbaycan şəbəkəsinin siyasi direktivləri ilə hərəkət edən bəzi qruplar Tarif (qiymət) Şurasının qərarı ilə manipulyasiya edərək ictimai fikirdə çaşqınlıq yaratmağa çalışırlar. Xüsusilə də sosial şəbəkələrdə radikal müxalifət nümayəndələri saxta profillər vasitəsilə “kütləvi narazılıq fonu” yaratmağa cəhd göstərir. Lakin sadə Azərbaycan vətəndaşlarının onlara verdikləri cavablardan bəlli olur ki, bu gün hər bir azərbaycanlı Prezident İlham Əliyevə inanır və onun addımlarını dəstəkləyir". Bunu “Trend”-ə Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.
Deputat bildirib ki, dünyada müşahidə olunan böhranlı vəziyyətin Azərbaycan vətəndaşlarına ciddi təsir etməməsi üçün Prezident İlham Əliyev bütün mümkün addımları atır, ölkənin sosial-iqtisadi vəziyyətini stabil saxlamağa çalışır: “Dünya ölkələrində, xüsusilə də Avropanın planetar miqyasda “nümunə” kimi göstərilən dövlətlərində kommunal xərclərin, vergilərin ən yüksək həddə çatdırıldığı, sosial xərclərin ixtisar edildiyi bir vaxtda Azərbaycanda daha çox insanların rifah halının yaxşılaşdırılması tədbirləri haqqında düşünülür. İnkişaf etmiş ölkələrdə vergilər və kommunal tariflər artırılarkən nəinki insanların vəziyyəti nəzərə alınır, hətta vətəndaşlara məlumatlar verilmir. Amma Azərbaycanda sosial ədalət prinsipi qorunsun deyə, vətəndaşların xeyrinə qərarlar verilir”.
Dünya ölkələrində kommunal xərclərin Azərbaycana nisbətən dəfələrlə yüksək olmasına diqqət çəkən S.Vəliyeva qeyd edib ki, bu da Azərbaycan dövlətinin sosialyönümlü siyasətinin effektivliyindən irəli gəlir: "Məsələn, Rusiya, Ukrayna, Ermənistan, Türkmənistan, Qazaxıstan, Belarusun timsalında götürdükdə qazın qiyməti hər kubmetrə görə 20-60 qəpik, elektrik enerjisinin qiyməti 1 kilovat-saata görə 18-55 qəpik arası dəyişir. Almaniyada elektrikdən istifadəyə görə isə 4 nəfərlik ailə ayda 85-100 avro ödəyir, qazdan istifadəyə gəldikdə isə ildə 800-850 avro xərcləməli olurlar. İslandiyada 4 nəfərlik ailə isə kommunal xərclərə hər ay 200-300 avro ödəyir. Bir sözlə, bu gün orta amerikalı, yaxud avropalı ailə hər ay 600-700 dollar kommunal xərclərə pul ödəyirsə, Azərbaycanda bu rəqəm 40-60 manat arası dəyişir".
Deputat əlavə edib ki, Tarif Şurasının son qərarı bir daha Azərbaycan dövlətinin praqmatik siyasətinin və insan amilinə verilən dəyərin göstəricisi oldu: “Çünki Prezident İlham Əliyevin inkişaf siyasətinin mərkəzində insan amili durduğundan kommunal tariflərin hesablanmasında diferensiallaşma və optimallaşdırma variantına razılıq verdi”.
Nigar




 
Bölməyə aid digər xəbərlər
19.07.2019
Sizə inananlar bezdi, özünüz bezmədinizmi?..
19.07.2019
Azərbaycan mətbuatında müəyyən neqativ hallar var, amma sayı azdır
19.07.2019
Cavad Zərif ABŞ prezidentinin “PUA açıqlaması”na münasibət bildirib
19.07.2019
“F-35 proqramından çıxarılmamız NATO-ya mənfi təsir göstərəcək”
18.07.2019
Vüsal Hüseynov: “Son 5 ildə 1211 nəfər Avropa ölkələrindən Azərbaycana readmissiya edilib“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10835

1 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
2 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
3 ADPU-nun tələbəsi Nərmin Qəhrəmanlı: “Mənim üçün “könüllü” olmaq iş, komanda ilə işləmək təcrübəsi, dostluq, yeni mühit deməkdir”
4 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc
5 “Ali Radada Azərbaycanpərəst deputatların olması bizim gələcək fəaliyyətimizə müsbət təsir edəcək”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info