“Azərbaycan dövlətinin köməyi ilə arzumuza çatmışıq”
Tarix: 30.11.2016 | Saat: 01:08:00 | E-mail | Çapa göndər


“Uzun illər arzulamışıq ki, Azərbaycana gəlib, doğmalarımızın məzarını ziyarət edək. İndi Azərbaycan dövlətinin köməyi ilə arzumuza çatmışıq”. Bu sözləri AZƏRTAC-a müsahibəsində İspaniya Aviatorlar Assosiasiyasının prezidenti Aquilıno Mata Mier bildirib. 1936-1939-cu illərdə Gəncədə hərbi təyyarəçilik məktəbində təhsil alan ispan əsilli pilotların xatirə muzeyinin açılış mərasimində iştirak etmək üçün Gəncəyə gələn Aquilıno Mata Mier deyib:
“Biz balaca ikən valideynlərimiz o illərin xatirələrini, Gəncə haqqında təəssüratlarını tez-tez danışardılar. İlk dəfədir Gəncəyə gəlirəm. Qəribə hisslər keçirirəm. Mənə elə gəlir ki, doğmalarımızın ruhu başımızın üzərində dolaşır, bizim qədər sevinirlər. Qədim tarixi olan Gəncə çox möhtəşəmdir. İnsanları da qonaqpərvər və mehribandırlar, başqa xalqların tarixinə, mədəniyyətinə hörmətlə yanaşırlar. Bizim doğmalarımızın xatirəsini əbədiləşdirmək üçün yaradılan muzey bunun ən gözəl nümunəsidir. Deyərdim ki, bu görüş bizim hər birimizə mənəvi rahatlıq, məmnunluq gətirdi. Mənim atam Xaime Mata Romeo Gəncə hərbi təyyarəçilik məktəbində təlim keçən ilk təyyarəçilərdən olub. Biz Azərbaycan Prezidenti İlham Əliyevə, dostluğumuzu qoruyub saxlayan, daha da möhkəmləndirən bu böyük xalqa, bizə isti münasibət göstərən gəncəlilərə dərin minnətdarlığımızı bildiririk”.




 
Bölməyə aid digər xəbərlər
17.07.2019
“Onlar Türkiyəni bölməyə, zəiflətməyə çalışan Vətən xainləri idilər”
16.07.2019
Mogerini ABŞ-ı Avropa İttifaqının ən yaxşı tərəfdaşı adlandırıb
15.07.2019
“Bir gün səbir kasası daşacaq”
14.07.2019
Azərbaycanın müasir tarixi ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır
14.07.2019
Azərbaycanda təhsilin hazırkı səviyyəyə çatmasında Heydər Əliyevin müstəsna xidmətləri olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10830

1 Rostovun tarixinə düşən azərbaycanlı qız
2 “4-cü qrupa hazırlaşan hər bir abituriyentin arzusu həkim olmaqdır”
3 Mehriban Əliyeva Yalçın Rzazadə ilə bağlı tapşırıq verdi
4 Nə “Qurani-Kərim“, nə “İncil“, nə də “Tövrat“ insanları savaşa çağırır
5 Dünya brendi olmağı hədəfləyən azərbaycanlı gənc


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info