“Virtual Qarabağ” İKT Mərkəzinin istehsal etdiyi yeni məhsulların təqdimatı olub
Tarix: 30.11.2016 | Saat: 16:17:00 | E-mail | Çapa göndər


Noyabrın 30-da Gənclər və İdman Nazirliyinin dəstəyi ilə “Virtual Qarabağ” İnformasiya–Kommunikasiya Texnologiyaları (İKT) Mərkəzinin istehsal etdiyi yeni məhsulların – “Kəlbəcər - virtual səyahət” 3D qrafik təsvirli filminin, “Qarabağın geyimləri” elektron albomunun,“Virtual Qarabağ elktron kitabxanası”nın təqdimat mərasimi keçirilib.
Layihənin əlaqələndiricisi, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev təqdim olunan yeni məhsulların məzmunu və xüsusiyyətləri barədə məlumat verib. Bildirilib ki, Azərbaycan və ingilis dilində istehsal olunan “Kəlbəcər – virtual səyahət” 3D qrafik təsvirli film vasitəsilə Azərbaycanın işğal altındakı Kəlbəcər bölgəsinin tarixi abidələri, meydanları, qalaları, küçələri, müsəlman və xristian abidələri qrafik təsvirlə sanki canlandırılır, tamaşaçı Kəlbəcər rayonuna virtual səyahətə çıxır. Virtual kitabxanada Qarabağın tarixi, siyasi coğrafiyası, mədəniyyəti, işğal vəziyyətinə dair müxtəlif dillərdə kitablar elektron formatda toplanılıb.
Tədbirdə çıxış edənlər təqdim olunan elektron məhsulların tariximizin oyrənilməsində və gənc nəslə çatdıırılmasında əhəmiyyətindən danışıb, “Virtual Qarabağ” İKT Mərkəzinin bu istiqamətdə fəaliyyətini yüksək dəyərləndiriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info