OPEC toplantısı – xam neftin qiyməti üçün önəmli gün
Tarix: 30.11.2016 | Saat: 16:23:00 | E-mail | Çapa göndər


Bu gün Vyanada Neft İxrac edən Ölkələr Təşkilatı (OPEC) Konfransının 171-ci toplantısı işə başlayır. Dünya bazarlarında neftin qiymətinə ciddi təsir göstərəcəyi gözlənilən bu toplantının nəticələri ilə bağlı real bazar araşdırmalarından tutmuş ehtimal və spekulyasiyalara kimi çoxlu versiyalar mövcuddur.
Bu ilin sentyabr ayında OPEC ölkələrinin Əlcəzairdə keçirilən qeyri-formal toplantısında gündəlik neft hasilatını 32,5-33 milyon barrel həcmində məhdudlaşdırmaqla bağlı ümumi qərar qəbul edilsə də, hansı ölkə hasilatı hansı həcmdə azaltmalı olması kimi həssas məqama aydınlıq gətirilməyib, bu məsələnin yekun müzakirəsi noyabrın sonuna saxlanılıb.
Toplantı öncəsi İran rəsmilərinin neft hasilatını azaltmayacağına dair bəyanatı dünya bazarlarında xam neftin qiymətinə mənfi təsir göstərməklə yanaşı, OPEC ölkələrinin bu toplantıda ortaq məxrəcə gələcəyini də şübhə altına alıb. Bununla belə İraqın neft naziri Cabbar əl-Luiabinin hasilatın azaldılmasına dair konkret qərarların qəbul edilməsinin mümkün ola biləcəyinə dair sözləri və ümumiyyətlə bu ölkənin hasilatın azaldılmasına dair təklifə müsbət yanaşa bilməsi barədə siqnallar görüşün nəticələri ilə bağlı nikbin fikirlər formalaşdırıb.
Enerji ekspertlərinin rəyinə görə, Səudiyyə Ərəbistanının mövqeyi hasilat siyasətində ciddi dəyişiklik edilməsini qeyri-mümkün edə bilər. Belə ki, ABŞ-da yeni siyasi rəhbərliyin iqtisadiyyatı canlandırmaq üçün milyardlarla dollar vəsait ayıracağı ehtimalını nəzərə alaraq, bu ölkənin rəsmiləri hasilatın azaldılmasına ehtiyac yaranmayacağına və bazarlarda „qara qızıla“ da tələbatın yüksələcəyinə ümid edirlər.
Beynəlxalq Enerji Agentliyinin yaydığı məlumata görə, neft hasilatında dəyişiklik edilməsə, dünya bazarlarında xam neftin həddən artıq təklifi 2017-ci ilin üçüncü rübünə qədər davam edə və bu da öz növbəsində qiymətləri aşağı sala bilər.
Günün sonunda toplantının konkret addımları özündə ehtiva edən və ciddi qərarlar qəbul edən, yaxud da yalnız nəticəsiz müzakirələrdən ibarət görüş olması bəlli olacaq. İstənilən halda toplantının nəticəsi dünya bazarlarında xam neftin qiymətinə ciddi təsir göstərəcək.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
19.01.2019
2018-ci ildə Bakı-Supsa kəməri ilə 3,7 milyon ton neft ötürülüb
18.01.2019
Sərbəst Satış Sertifikatı sahibkarlara yeni ixrac imkanları qazandırıb
18.01.2019
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturu dəyişdirilir
18.01.2019
Martda İraqa ixrac missiyası təşkil olunacaq
18.01.2019
“Buta Airways” Odessa və Xarkova aviareyslər yerinə yetirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info