Cəfər Cəfərov: “Elmi konfranslar tələbələrin mütəxəssis kimi yetişmələrində mühüm rol oynayır”
Tarix: 30.11.2016 | Saat: 17:01:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və biologiya fakültəsinin Tələbə Elmi Cəmiyyətinin (TEC) universitetin 95 illik yubileyinə həsr edilmiş elmi konfransı keçirilib. Məlumat üçün bildirək ki, konfransın keçirilməsi üçün tərkibinə Kimya və biologiya fakültəsinin 9 nəfər təcrübəli pedaqoq-aliminin daxil edildiyi Təşkilat Komitəsi yaradılıb. Konfransda ADPU-nun rektoru, professor Cəfər Cəfərov, Elmi işlər üzrə prorektoru, professor Asəf Zamanov iştirak ediblər.
Rektor Cəfər Cəfərov elmi konfransda çıxış edərək bildirib ki, bu gün ADPU-nun həyatında əlamətdar bir gündür. Çünki belə elmi konfransların keçirilməsi tələbələrin normal mütəxəssis kimi yetişmələrində mühüm rol oynayır. Qeyd edib ki, tədrisin keyfiyyətinin yüksəldilməsinə və yüksəkixtisaslı mütəxəssis hazırlanmasına belə elmi toplantılar səmərəli təsir göstərir. Eyni zamanda tələbələrin elmi-tədqiqatlarının praktiki baxımdan ortaya qoyulması, onların tədqiqat bacarıq və vərdişlərinin, eləcə də natiqlik qabiliyyətlərinin formalaşmasına müsbət təsir göstərir. Rektor çıxışının sonunda tələbə-gənclərə elmi araşdırmaların dəyərinin və nəticələrinin daha da təkmilləşdirilməsi üçün öz tövsiyələrini verib və konfransın işinə uğurlar arzulayıb.
Konfransda Kimya və biologiya fakültəsinin dekanı vəzifəsini icra edən, professor Bəhlul Ağayev, universitet TEC-nin sədri, dosent Əli Zalov, Biologiyanın tədrisi metodikası kafedrasının müdiri, professor Əli Hüseynov, Ümumi kimya və kimyanın tədrisi metodikası kafedrasının müdiri, professor Ələkbər Qurbanov çıxış ediblər. Çıxışlarda elmə gedən böyük yolun məhz TEC-dən başlandığı, belə konfransların isə tələbələrin elmi-tədqiqat işinə cəlb edilmələri, elmi fəaliyyətə yönəldilmələri, onların bilik və bacarıqlarının artmasına əhəmiyyətli təsir göstərdiyi qeyd edilib.
Kimya və biologiya fakültəsinin II kurs tələbəsi Ləman Hüseynova, III kurs tələbələri Aytac Bağırzadə, Kəmalə Məmmədova, Səidə Quliyeva və Lalə Tağıyeva konfransda maraqlı və yaddaqalan məruzələrlə çıxışlar ediblər.
Sonra konfrans öz işini 3 bölmədə-Kimya, Biologiya, Mülki müdafiə və tibbi biliklərin əsasları bölmələrində davam etdirib. Bölmə iclaslarında ümumilikdə 94 məruzə dinlənilib.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.04.2019
Qazaxın Məzəm kəndində düşmən atəşindən qorunmaq üçün istinad divarı çəkilir
22.04.2019
Azərbaycan tarixi üçün vacib mənbə - “Araz şahiddir”
22.04.2019
DGK: “Ölkəyə avtomobil gətirilməsində heç bir məhdudiyyətdən söhbət gedə bilməz”
22.04.2019
“Həyat naminə qan ver” aksiyası keçirilib
22.04.2019
KİV nümayəndələri üçün seminar keçirilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10757

1 Tarixin ibrət dərsləri...
2 Ramiz Mehdiyevin sərəncamı ilə tədbirlər planı təsdiqləndi
3 Azərbaycanlı həkim-yazıçı Rusiya Yazıçılar İttifaqına üzv olub
4 “Azərbaycan dilinin Orfoqrafiya Normaları” təsdiq edilib
5 Gülnar Səmanın kitabının təqdimatı keçiriləcək


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info