Ümumi orta təhsil səviyyəsini bitirənlər şəhadətnamə deyil, attestat alacaq
Tarix: 30.11.2016 | Saat: 17:06:00 | E-mail | Çapa göndər


“Ümumi təhsil pilləsində təhsil haqqında dövlət sənədlərinin nümunələri və onların verilməsi Qaydası” yeni redaksiyada təsdiq olunub. Təhsil Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, yeni qaydalara əsasən, ümumi təhsil pilləsinin ümumi orta təhsil səviyyəsini bitirən məzunlara ümumi orta təhsil haqqında şəhadətnamə deyil, ümumi orta təhsil haqqında attestat (adi və ya fərqlənmə), tam orta təhsil səviyyəsini bitirən məzunlara isə tam orta təhsil haqqında attestat (adi, fərqlənmə və ya xüsusi nümunəli) veriləcək.
Qeyd olunub ki, təhsil sənədlərinin forma və məzmununda da müəyyən dəyişikliklər edilib: “Belə ki, əvvəlki nümunələrdən fərqli olaraq, attestatlarda təhsil müddətində hər bir fənn üzrə tədris olunan saatların ümumi miqdarı və təhsilalanın yekun attestasiyasının nəticələri (illik və imtahan) yazılacaq. Bununla yanaşı, tam orta təhsil səviyyəsində təmayül sinifdə təhsil almış şagirdlərin attestatında bitirdiyi sinfin təmayül istiqaməti ayrıca qrafada qeyd olunacaq”.

Nigar




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
“Veysəloğlu”da şirkət əməkdaşlarının tələbə adını qazanan övladları ilə görüş keçirilib
13.11.2018
Özünüməşğulluq proqramı çərçivəsində 50-dən çox ailəyə mal-materiallar təqdim olunub
13.11.2018
“DOST” mərkəzlərinin yaradılması üçün əlavə vəsait ayrılıb
13.11.2018
13 noyabr - Beynəlxalq Gözdən Əlilliyi olan şəxslər Günüdür
13.11.2018
Bütün pensiyalar artırılacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10467

1 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
2 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
3 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info