“Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərinə aid olmayacaq”
Tarix: 30.11.2016 | Saat: 17:33:00 | E-mail | Çapa göndər


Bu gün qarşılaşdığımız müvəqqəti çətinlikləri tək Azərbaycan iqtisadiyyatı və Azərbaycan əhalisi yaşamır. Hazırda dünyanın bütün ölkələri və xüsusilə də iqtisadiyyatı neftlə bağlı olan ölkələr eyni durumdadırlar. Tariflərin səviyyəsinə gəlkdikdə isə bizdə olan tariflər bir çox ölkələrdəki tariflərdən çox aşağıdır.
Bazar iqtisadiyyatı şəraitində heç bir təşkilat ziyanla fəaliyyət göstərə bilməz. Elə bu səbəbdən də, Tarif Şurasi Dövlət Neft Şirkətinin təkliflərini qəbul edərək, qazın və müvafiq olaraq elektrik enerjisinin tariflərini yeni bir yanaşımla artırdı. Yeni yanaşımın mahiyyəti ondan ibarətdir ki, Tarif Şurası enerjidaşıyıcıların qiymətlərinin budəfəki artımı zamanı, əhalinin aztəminatlı təbəqələrinin maraqlarını maksimum qorumağa çalışdı və bu məqsədlə tariflərin artımına diferensial bir yanaşım ortaya qoydu. Bu isə Azərbaycan Hökumətinin apardığı sosial siyasətin mahiyyətinə tam uyğun bir addımdır. Belə ki, qaz istehlakçısı olan əhali il ərzində istifadə etdiyi 1500 kubmetr qaza görə ödənişi indiyə qədər mövcud olan tariflərlə - yəni 1 kubmetr üçün 10 qəpik hesabı ilə həyata keçirəcək. İl ərzində 1500 kubmetrdən artıq istifadə olunan qaza görə ödəniləcək haqq isə iki dəfə artıq, yəni 1 kubmetr üçün 20 qəpik olacaq. Eyni qayda ilə ay ərzində 250 kilovat ellektrik enerjisi istifadə edən vətəndaş hər kilovat üçün köhnə tariflərlə - yəni 1 kilovat üçün 7 qəpik ödəyəcək. O, ay ərzində bu limiti aşarsa, onda hər kilovat üçün 11 qəpik ödəməli olacaq. Qaz və elektrik enerjisi sərfiyyatı üzrə yeni müəyyən olunmuş hədlərin texniki cəhətdən necə gözləniləcəyinə gəldikdə isə burada məsələ çox sadədir. Dövlət Neft Şirkətinin “Azəriqaz” QSC-də və “Azərişıq” ASC-də əhali tərəfindən qaz və elektrik enerjisi üçün edilən hər ödənişin mərkəzləşdirilmiş informasiya bazası mövcuddur. Müəyyən olunmuş müddətdə imitdən artıq istifadə olunacaq qaz və elektrik enerjisinə görə haqq avtomatik olaraq yeni tariflərlə tutulacaq.
Dövlət Neft Şirkətinin rəsmi məlumatlarına görə, hazırda ölkə əhalisinin 62 faizinin qaz istehlakı illik 1500 kubmetr həddini keçmir. Eyni qayda ilə “Azərişıq” ASC-dən əldə etdiyimiz məlumata görə, əhalinin 75 faizinin aylıq elektrik enerji sərfiyyatı 250 kilovat saatdan çox deyil. Deməli, orta hesabla qaz və işığın qiymətindəki dəyişikliklər əhalinin təxminən 70 faizinə aid olmayacaq. Tariflərdə edilən dəyişikliklərdən sonra insanların qənaət rejiminə keçməsi nəticəsində, bir il ərzində bu rəqəmin daha 10 faiz artaraq, 80 faizə çatacağı gözləniləndir. Əhalinin yerdə qalan 20 faiz imkanlı təbəqəsi tərəfindən qaz və elektrik enerjisinin limitdən artıq sərfinə görə artan tariflərlə ödəniş etməsi isə tam normal bir haldır.
Bəs, enerjidaşıyıcıların tarif artımının hansı pozitiv tərəfləri var? Öncə onu deyək ki, insanlar real olaraq qənaət etməyə öyrənəcəklər. Razılaşaq ki, biz çox az hallarda qənaət haqqında düşünə bilirik. Qənaət haqqında düşünə bilmədiyimizi sübut edən kifayət qədər “yaxşı” nümunələrimiz var. Məsələn, toy məclislərimizə dəvət etdiyimiz insanlara onların bir axşam yeyə biləcəyindən 10-20 dəfə çox yemək təklif etməyimiz, dünyasını dəyişən yaxınımıza yas mərasimi vermək üçün imkanımız olmasa belə, bankdan kredit götürüb yüzlərlə insana “ehsan” verməyimiz bu sıradan olan israfçılığımızın bariz nümunələridir. Görəsən, özümüzdən başqa kim bizi bu israfçılığa məcbur edə bilər? Heç kim! Bu siyahıları kifayət qədər genişləndirmək mümkündür. Doğrudan da, biz nə vaxtsa qənaət etməyə öyrənməyə başlamalıyıq. Digər tərəfdən, yeni tariflər insanlarımızı alternativ enerji mənbəələrindən istifadə etməyə stimullaşdıracaq. Bu gün artıq dünyanın bir çox ölkələrində bu sahədə böyük nailiyyətlər əldə olunub. Ölkəmizdə isə Günəş və külək enerjisindən istifadə etmək imkanları kifayət qədər böyükdür.
Fikrət Yusifov
İqtisad elmləri doktoru,
professor




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
Başqa ölkələrdən gələn qaçqınların sosial təminatlardan yararlanması üçün yeni mexanizm yaradılacaq
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Azərbaycan Gənclərinin VIII Forumu keçirilib
16.11.2018
Dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə əlaqədar başlanmış cinayət işi məhkəməyə göndərilib
16.11.2018
Dövlət Miqrasiya Xidmətinin fəaliyyətində yeniliklər tətbiq olunur

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info