Alimlər bədəni soyudan parça icad ediblər
Tarix: 30.11.2016 | Saat: 18:01:00 | E-mail | Çapa göndər


Stenford Universitetinin alimləri tərəfindən innovativ materialdan köynək hazırlanıb. Yeni material xarici istilik şüasını keçirmir. Ancaq eyni zamanda köynək insanın bədəni tərəfindən yaradılan istiliyin 90%-ni buraxır.
“ICTnews” Elektron Xəbər Xidməti yazır ki, belə istilik mübadiləsi sayəsində bədənin temperaturu selsi şkalası üzrə 2 dərəcə azala bilər. İnnovativ köynəyi geyinmiş insanlar isti havada, kondisionerlə təchiz edilməmiş otaqda özlərini rahat hiss edəcəklər. Bundan başqa, köynək tərin buxarlanmasına mane olmur.
Mütəxəssislərin fikrincə, onların ixtirası elektrik enerjisinə qənaət etməyə kömək edəcək. Belə ki, isti iqlimə malik regionlarda kondisionerlərdən istifadə zamanı xeyli elektrik enerjisi sərf olunur. Yeni köynək kondisionerlərdən istifadəni azaldacaq.
Köynəyin hazırlanmasında istifadə edilmiş material “nanoPe” adlandırılıb. Parça çoxsaylı dəliklərdən ibarət nazik plyonka formasındadır. Dəliklərin ölçüsünün qalınlığı insan saçından 100 dəfə azdır. Məhz bu dəliklərin sayəsində səmərəli istilik mübadiləsi həyata keçirilir.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
26.09.2020
Çardaqdan tapılmış köhnə çaynik yarım milyon dollara satıldı
26.09.2020
Dünyanın ən “çirkin“ təyyarəsinin adı açıqlanıb
23.09.2020
Rəqəmsal inkişaf: İnformasiya texnologiyalarında gender bərabərliyi
23.09.2020
20 çimərlikdə beynəlxalq ekoloji aksiya keçirilib-FOTOLAR
23.09.2020
“Toksik trio”nun gənclərə təsirini araşdırmaq üçün sosial tədqiqat aparılıb

Şərh əlavə olunmayıb

    ,    
Ağasəf Babayev
Tural RASİMOĞLU
Anar MİRİYEV
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11604

1 BDU ölkədə təhsil islahatlarının həyata keçirilməsində önəmli rol oynayır
2 Osloda Nizami Gəncəvi adına həftəsonu məktəbi fəaliyyətə başlayıb
3 Astarada turizm kompleksi istifadəyə verildi, Lənkəranda yeni çay brendinin istehsalına başlanıldı
4 “Rusiyanın bu dəfə Qarabağ müharibəsinə reaksiyası fərqli olacaq”
5 Küftənin daqilmaması üçün 5 vacib sirr -VİDEO


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info