“İnsan resurslarının inkişafı sahəsində Vergilər Nazirliyinə dəstək“ Tvinninq layihəsi yekunlaşdırılıb
Tarix: 30.11.2016 | Saat: 18:17:00 | E-mail | Çapa göndər


Noyabrın 30-da Avropa İttifaqının Qonşuluq Siyasəti çərçivəsində “İnsan resurslarının inkişafı sahəsində Azərbaycan Respublikasının Vergilər Nazirliyinə dəstək” Tvinninq layihəsinin yekunları ilə bağlı təqdimat mərasimi keçirilib.
Mərasimdə çıxış edən Azərbaycan vergilər nazirinin müavini, 3-cü dərəcəli vergi xidməti müşaviri Sahib Ələkbərov bildirib ki, belə layihələr dövlət başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə bütün sahələrdə həyata keçirilən modernizasiya siyasətinin və Azərbaycan ilə Avropa İttifaqı arasında olan səmərəli əməkdaşlığın real nəticəsidir. Vergilər Nazirliyi dövlət vergi orqanları qarşısında qoyulan məqsəd və vəzifələrə nail olunması üçün insan resurslarının inkişaf etdirilməsini daim diqqət mərkəzində saxlayır.
Azərbaycan Prezidenti İlham Əliyevin 2016-cı il 4 avqust tarixli sərəncamına uyğun olaraq aparılan ilə vergi sahəsində islahatlar da insan resurslarının davamlı inkişafını tələb edir. Bu sahədə qarşıya qoyulmuş hədəflərə çatmaq üçün zəruri qanunvericilik, institusional və maddi-texniki baza artıq yaradılıb. 27 ay davam edən Tvinninq layihəsinin icrası zamanı Vergilər Nazirliyinin aidiyyəti əməkdaşları insan resurslarının idarə edilməsi, risklərin analizi üçün informasiyaların toplanması və təhlili üsulları sahəsində İspaniya və Fransa Vergi Administrasiyalarının ən yaxşı təcrübələrini ətraflı şəkildə öyrəniblər.
Bu müddət ərzində insan resurslarının inkişafı sahəsində uzunmüddətli strategiya və tədbirlər planının layihəsi, insan resurslarının idarə edilməsi sahəsində bir sıra qaydalar, tədris-təlim proqramları, üsulları və təlim keçmək üçün metodik materiallar, o cümlədən yekun hesabat hazırlanıb, 2 kitab nəşr olunub.
S.Ələkbərov layihə üzrə görülmüş və bundan sonra görülməsi nəzərdə tutulan işlərin ölkədə aparılan islahatlar çərçivəsində vergi inzibatçılığının daha da təkmilləşdirilməsinə və vergi daxilolmalarının artımına öz töhfəsini verəcəyinə əminliyini diqqətə çatdırıb.
Tədbirdə Fransanın Azərbaycandakı förqəladə və səlahiyyətli səfiri Aureliya Buşez, İspaniyanın müvəqqəti işlər vəkili Xose Luis Dies, Tvinninq layihəsinin rəhbərləri Asəf Əsədov, Qonsalo Qomes de Liano və Noel Klaudion təqdimatlarla çıxış edərək layihə barədə ətraflı məlumat veriblər.
Vergilər Nazirliyinin İnsan Resursları İdarəsinin rəisi, baş vergi xidməti müşaviri Faiq Şahbazov Tvinninq layihəsinin icra vəziyyəti məlumat verərək bildirib ki, layihənin icrası zamanı dövlət vergi orqanlarında insan resurslarının idarə edilməsi sahəsində bir sıra təkmilləşdirmə işləri aparılıb, yeniliklər tətbiq edilib. Layihənin nəticəsi olaraq dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün daxili müsabiqənin keçirilməsi qaydaları, yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması mexanizmi yaradılıb. Görülən işlər çərçivəsində rəhbər vəzifəli şəxslərin seçilməsi və inkişafı üçün fərqli proseduralar müəyyən edilib. Bu istiqamətdə “Dövlət vergi orqanlarında orta menecer vəzifələrinin tutulması üçün keçirilən müsahibə Qaydaları” və “Dövlət vergi orqanlarında yuxarı menecer vəzifələrinin tutulması üçün kadr ehtiyatının yaradılması və idarə olunması Qaydaları” adlı iki mühüm sənəd qəbul olunub. Layihənin icrasının yekunu olaraq nazirliyin insan resurslarının inkişafı üzrə yeni strategiyasının və tədbirlər planının layihələri hazırlanıb.
Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi, vergi xidməti müşaviri Əli Həsənov Tvinninq layihəsinin komponentləri barədə məlumat verərək bildirib ki, artıq bu layihədən faydalanaraq e-tədris sisteminin tətbiqinə nail olunub. Bundan əlavə, təlim-tədris proseslərinin metodoloji və təşkilati bazasının təkmilləşdirilməsi məqsədilə bir sıra daxili təlimatlar, tövsiyələr, proqram təminatları hazırlanıb.
Layihə çərçivəsində Vergilər Nazirliyinin Tədris Mərkəzi ilə İspaniya Kralığının Maliyyə Nazirliyinin Fiskal Tədqiqatlar İnstitutu arasında gələcək əməkdaşlığa dair memorandumun imzalanması üçün zəruri müzakirələr aparılıb və bu barədə şifahi razılıq əldə edilib.Tədbirdə Avropa İttifaqının, BMT-nin, Dünya Bankının, Beynəlxalq Maliyyə Korporasiyasının Azərbaycandakı təmsilçiləri, dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının, ali təhsil müəssisələrinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
On ayda neft sektoruna 5 milyard manatadək vəsait yönəldilib
17.11.2018
Azərbaycanda 32,2 milyon ton neft və 15,5 milyard kubmetr əmtəəlik qaz çıxarılıb
17.11.2018
Azərbaycan nefti bahalaşıb
16.11.2018
Qış fəslində əhalinin qazla təminatında problem olmayacaq
16.11.2018
“Sumqayıt Kimya Sənaye Parkında 18 müəssisə fəaliyyət göstərəcək”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10494

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info