Açıq hökumət prinsiplərinin perspektivləri
Tarix: 30.11.2016 | Saat: 18:22:00 | E-mail | Çapa göndər


“Bu proses özündə aydın bir strategiyaya uyğun olan dəqiq addımları müəyyənləşdirir”

Ölkəmizdə şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə tədbirlər uğurla həyata keçirilir. Artıq korrupsiyaya şərait yaradan halların aradan qaldırılması təmin edilməkdədir. Bu tədbirlər eyni zamanda iqtisadi sahədə aparılan islahatları tamamlayıb və dayanıqlı iqtisadi inkişaf üçün yeni imkanlar yaradıb. Bu ilin aprelində Prezident İlham
Əliyev tərəfindən “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nın təsdiq edilməsi və nəzərdə tutulan tədbirlərin əhatəsi Azərbaycanda açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması üçün mövcud güclü siyasi iradənin növbəti göstəricisidir. 
Ümumiyyətlə, Açıq Hökumət Təşəbbüsünün (AHT) mahiyyəti ondan ibarətdir ki, dövlət özü şəffaflığı təmin etməklə vətəndaş iştirakçılığını stimullaşdırmağa çalışır. İnternet texnologiyalarının sürətli inkişafı vətəndaşların dövlət orqanlarının fəaliyyəti ilə bağlı hər şeyi bilmək hüququnu tam dolğunluğu ilə reallaşdırılması üçün çox geniş imkanlar açır. Bu zaman “bilgili vətəndaş hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsində maraqlı olmaqla, kömək etməyə çalışacaq” yanaşması əsas götürülür. İnformasiya açıqlığını təmin etməklə dövlət vətəndaşlarında bilgili olmasını təmin edir, daha çox məlumat almaq imkanı olanda isə vətəndaş iştirakçılığı geniş vüsət alır. Geniş vətəndaş iştirakçılığı isə hakimiyyət və dövlət orqanlarının daha yaxşı işləməsini, cəmiyyətlə effekti və əks-əlaqəni təmin edir, yanlışların zamanında aşkarlanması, aradan qaldırılmasına yardım göstərir. Dövlət tərəfindən elə mexanizmlər yaradılır ki, vətəndaşlar dövlət orqanlarının fəaliyyətində nəinki, səhvləri aşkarlaya bilsinlər, eyni zamanda onların həllində, optimal qərarların qəbulunda iştirak edə bilsinlər. Bununla dövlət etimad mühiti yaradır və sadə vətəndaşların idarəetməyə cəlb edilməsiylə miqyaslı vəzifələrin həllini optimallaşdırır. Funksiyaların və məsuliyyətin bir hissəsini cəmiyyətlə bölüşməklə ümumi maraqların təmin olunması üçün birgə (cəmiyyət-dövlət) idarəetmə modeli tətbiq olunur. Sovet təcrübəsindən fərqli olaraq bu modeldə “ictimai iştirakçlıq” anlayışı fərqli mahiyyət kəsb edir. Dövlət və fəal vətəndaşlar idarəetmə prosesinin iştirakçılarına çevrilirlər. Eyni zamanda könüllü proqramları, məqsədli maliyyəşdirmə ilə dövlət bu prosesin məzmununu və kontekstini müəyyən edə bilir.
Ekspertlər qeyd edirlər ki, yeni plan çox böyük potensiala malikdir. Bu planın icrası islahatlar proqramının aktuallığını təmin etməyə kömək edəcək, vətəndaşlar, vətəndaş cəmiyyəti üçün yeni imkanlar açacaq. Xüsusən, şəffaflıq, məlumatlara əlçatanlıq, dövlət rəsmilərinin gəlir (əmlak) ilə bağlı məlumatların ictimailəşdirilməsi, vətətəndaşların idarəetməyə cəlbolunması istiqamətində yeni irəliləyişlər əldə etməyə imkan verəcək. Bu Planın uğurla icrası xeyli dərəcədə vətəndaş cəmiyyətinin fəal mövqe tutmasından da asıl olacaq. Vətəndaş cəmiyyəti institutlarının islahatları gündəlikdə saxlanması, müvafiq dövlət qurumlarının müstəqil dəyərlərini təmin etməsi və AHT təşəbbüsləri üçün vacib olan ictimai etimad mühitinin yaradılmasına yardım göstərməsi çox mühümdür. 

“Hökumətin əsas qayəsi vətəndaşa xidmət etməkdir”
Adıçəkilən sənədin hazırlanmasında iştirak edən “Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev qəzetimizə bu işlərin fasiləsiz bir proses olduğunu bildirdi. Onun fikrincə, bu, o deməkdir ki, korrupsiyaya qarşı mübarizə formal xarakter daşımır: “Eyni zamanda bu proses özündə aydın bir strategiyaya uyğun olan dəqiq addımları müəyyənləşdirir. “Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin həyat keçirilməsi korrupsiyanı məhdudlaşdırır”. 
Ə.Nuriyev korrupsiyaya qarşı mübarizənin bütövlükdə cəmiyyət üçün hesablandığını vurğuladı: “Bunlar iqtisadi münasibətlərin daha da gücləndirilməsi, davamlı iqtisadi inkişafın təmin edilməsi, insan hüquq və azadlıqlarının daha səmərəli formada müdafiə edilməsinə yönələn addımlardır. Çünki hökumətin əsas qayəsi vətəndaşa xidmət etməkdir. Bu sərəncamlar da birbaşa məhz bu proseslərin həyata keçirilməsini nəzərdə tutur. Digər tərəfdən də bu fəaliyyət planları onu sübut edir ki, korrupsiyaya qarşı mübarizə və hökumətin fəaliyyətinin səmərəliliyinin artırılması ölkənin davamlı olan prioritetləridir”.
Fond rəhbərinin fikrincə, bu fəaliyyət planı əvvəlkinə nisbətən daha konkret və təkmildir: “Burada daha aydın indiqatorlar müəyyənləşdirlilib. Eyni zamanda nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində ardıcıllıq var”. 
Onun sözlərinə görə, burada həm də məqsəd korrupsiyaya qarşı mübarizədə təkcə dövlət orqanlarının yox, cəmiyyətin bütün seqmentlərinin fəaliyyət göstərməsidir. Ə.Nuriyev bildirdi ki, burada cəmiyyəti düşündürən məsələlər üzərində tədbirlər fokuslaşıb: “Əslində, bu ona gətirib çıxarır ki, həm dövlət orqanlarının fəaliyyətinin xeyli dərəcədə səmərələşdirilməsi prosesi davam edəcək, həm də modern idarəetmə porsesinə keçid daha da sürətlənəcək. Həmçinin korrupsiyanın da səviyəsinin məhdudlaşdırılmasının bunda nəticəsini görəcəyik”.

“İctimai şuralar dövlət orqanlarına inam və etimadı artıracaq”
Fəaliyyət Planında nəzərdə tutulmuş əsas məsələlərdən biri də İctimai şuraların fəaliyyətinin təşkil edilməsi, gücləndirilməsi və davamlılığının təmin edilməsidir. Ə.Nuriyev dedi ki, İctimai şuraların yaradılmasını təmin edən “İctimai iştirakçılıq haqqında” qanun hazırlanarkən beynəlxalq təcrübə və milli qanunvericilik öyrənilib: “Əsas məqsəd İctimai şuraların yaradılması prosesini sürətləndirmək idi. Bütün bunlar ölkədə səmərəli və effektli idarəetmə prosesində, qərarların hazırlanması və qəbulunda vətəndaş cəmiyyətinin daha geniş şəkildə cəlb edilməsi, eyni zamanda icra hakimiyyəti strukturlarında ictimai nəzarətin səmərəli tətbiqi, həmçinin onların fəaliyyətində şəffaflığın artırılması üçün idi. Baxmayaraq ki, Azərbaycanda 40-a yaxın mərkəzi icra hakimiyyəti orqanı fəaliyyət göstərir. Çox təəssüf ki, bunlardan çox az bir qismində İctimai şuralar yaradılıb. Halbuki, Azərbaycan Respublikası Prezidenti tərəfindən qanunun icrası ilə bağlı məsələlərdə bir tapşırıq olaraq göstərilib ki, mərkəzi, yerli və yerli özünüidarəetmə orqanları yanında İctimai şuralar yaradılsın. Həmin qanunun icrasına da birbaşa nəzarəti cənab Prezident öz üzərinə götürüb. Bu da qanuna ölkə başçısının xüsusi önəm verməsini göstərir. Ölkə başçısı hər zaman qeyd edib ki, ictimai nəzarət gücləndirilməlidir. İctimai nəzarətin gücləndirilməsinin ən vacib elementlərindən bir odur ki, vətəndaş cəmiyyəti institutları qərar qəbuletmə prosesində iştirak etsinlər. Bu, həm şəffaflıq və hesabatlılığın artırılmasına gətirib çıxaracaq, həm də bütövlükdə effektli idarəetməyə səmərəli töhfələr verəcək. Ümumiyyətlə, dövlət orqanlarına inam və etimadı artıracaq”.

Fuad Hüseynzadə

"Bu yazı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyilə "Rezonans" Gənclərin İctimai Birliyinin həyata keçirdiyi “Açıq hökumətin təşviqi prosesində vətəndaş cəmiyyətinin rolu” adlı layihə çərçivəsində elan olunmuş müsabiqəyə təqdim edilir".





 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10130

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info