“İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabının təqdimatı keçirilib
Tarix: 30.11.2016 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Milli Məclisin deputatı, yazıçı, Əməkdar Jurnalist Elmira Axundovanın Moskvanın “Politiçeskaya ensiklopediya” nəşriyyatında rus dilində çap edilmiş “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” (“Ильхам Алиев. Портрет президента на фоне перемен”) kitabının noyabrın 30-da “Gülüstan” sarayında təqdimatı keçirilir.
Tədbirdə Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev, dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, elm xadimləri, ictimaiyyətin nümayəndələri iştirak edirlər.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə tədbiri açaraq Azərbaycan Respublikası dövlət mükafatı laureatı Elmira Axundovanın “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” əsərinin təqdimatının ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olduğunu bildirib.
Azərbaycanın tarixində tarixi şəxsiyyətlərin çox olduğunu vurğulayan akademik bildirib ki, XXI əsrdə belə tarixi şəxsiyyət Prezident İlham Əliyevdir. AMEA-nın prezidenti əsərdə müəllifin Azərbaycan Prezidenti İlham Əliyevin gözəl, əzəmətli və orijinal portretini öz qələminin gücü ilə tam təsvir etdiyini vurğulayıb. Bildirilib ki, bu kitab Azərbaycan həqiqətlərinin rus dilində daha geniş coğrafiyada yayılmasına mühüm töhfə verəcək.
Qeyd edək ki, nəfis tərtib olunmuş kitabda tanınmış yazıçı-publisist Elmira Axundova postsovet məkanının ən praqmatik siyasi xadimlərindən biri İlham Əliyev haqqında faktlar və materiallar əsasında açıq və inandırıcı şəkildə, sadə və aydın dildə söhbət açır, onun uğur fenomenini təhlil edir. Müəllif “Uğurlu, nüfuzlu şəxsiyyət, prezident olmaq üçün nə etmək lazımdır?”, “Xalqın lideri missiyası nədir?” suallarına cavab axtarır.
Açıq mənbələrdən götürülmüş sənədlərdən, müəllifin xalqımızın ümummilli lideri Heydər Əliyevi və Prezident İlham Əliyevi əhatə edən insanlardan şəxsən aldığı nadir müsahibələrdən istifadə olunmuş kitabda toplanmış faktlar, hadisələr və rəylər Azərbaycan Prezidenti haqqında geniş məlumat verir.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.02.2020
Azərbaycandakı uzunömürlülər “Ginnesin Rekordlar Kitabı“na niyə salınmır?
19.02.2020
Ombudsman Nərminin qətlində təqsirləndirilən şəxslə görüşüb
19.02.2020
Kestutis Yankauskas Gömrük Akademiyasında mühazirə oxuyub
19.02.2020
Daşınmaz əmlakın icbari sığortası kimə daha çox lazımmış…?!
19.02.2020
“DigitaLand – Rəqəmsal Vətən” layihəsi başa çatıb

Şərh əlavə olunmayıb

    ,    
Anar MİRİYEV
Ağasəf Babayev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11453

1 “Azərbaycanın gələcəyi müasir, vətənpərvər və bilikli gənclərin əlindədir”
2 Türkiyəli youtuber Ermənistanda Xocalı soyqırımı ilə bağlı sorğu keçirib - VİDEO
3 Əhməd Əhmədzadə Tovuzda vətəndaşları qəbul edib
4 Paşinyanın referendum oyunu əks-effekt verə bilər
5 Almaniyalı diplomat: “Azərbaycan ərazi bütövlüyü təmin olunmalıdır”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info