“Bakcell” abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı verir
Tarix: 30.11.2016 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


“Bakcell” şirkəti əvvəlcədən ödənilmiş (“prepaid”) tariflərindən istifadə edən bütün mövcud və yeni abunəçilərinə “Facebook”a pulsuz giriş imkanı təklif edir.
 “Bakcell” şirkətindən verilən məlumata görə, bundan sonra “Facebook” tətbiqinə pulsuz giriş imkanını qazanan “Bakcell” abunəçiləri heç bir əlavə xərc çəkmədən “Facebook“da dostlarının şərhlərini oxuya, öz şərhlərini verə, onları bəyənə və paylaşa, şəkillər yükləyə, videolara baxıb paylaşa, habelə “FB Messenger” tətbiqi vasitəsilə mesajlaşa, fayl və fotoşəkilləri paylaşa biləcəklər. Bu kampaniyaya qoşulmaq üçün “Bakcell” abunəçiləri sadəcə *515#1#YES abunə kodunu yığaraq pulsuz “Facebook”dan 6 ay faydalana bilərlər. Kampaniyaya qoşulma da həmçinin pulsuzdur. Kampaniyaya qoşulan abunəçilər dərhal “Facebook” tətbiqindən 7 günlük pulsuz istifadə etmək imkanına malik olurlar. 7 günlük sınaq istifadə müddətindən sonra abunəçi “Facebook” tətbiqindən pulsuz istifadəni davam etdirmək üçün sadəcə öz nömrəsinin balansına vəsait yükləməlidir.
Abunəçi öz nömrəsinin balansına hər həftə birdəfəlik ən azı 3 manat vəsait yüklədikdə 7 gün, hər ay birdəfəlik 8 manat və ya daha artıq vəsait yüklədikdə isə 30 gün müddətində “Facebook”dan pulsuz istifadə imkanı qazanır.
Bu ilin ortalarında bölgələrdə yaşayan “DogmaCİN” tarifinin abunəçilərinə təqdim edilmiş “Facebook”a pulsuz giriş təklifinin şərtləri isə dəyişməz olaraq qalır. “Facebook“a 1 həftəlik pulsuz giriş imkanı qazanmaq üçün nömrənin balansına 2 manat, 1 aylıq pulsuz istifadə üçün isə ən azı 5 manat vəsait yüklənməlidir.
“Facebook” mobil tətbiqi üzərindən bütün digər səhifələrə keçidlərə, eləcə də “Facebook Messenger” vasitəsilə edilən səsli və video zənglərə görə haqq müştərinin cari tarifinə uyğun olaraq tutulacaq və ya müştərinin mövcud internet paketindən çıxılacaq. Bu təklif yalnız prepaid tariflərindən istifadə edən “Bakcell” abunəçiləri üçün etibarlıdır.
 
Nigar




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info