İndoneziyalı qonaqlar BANM-də oldular
Tarix: 30.11.2016 | Saat: 20:32:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbində (BANM) İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fananinin rəhbərlik etdiyi və bu ölkənin dövlət qurumlarının, ali təhsil müəssisələrinin rəhbər işçilərindən və professor-müəllim heyətindən ibarət nümayəndə heyəti ilə görüş keçirilib.
BANM-in Tədris, elm və beynəlxalq əlaqələr üzrə prorektoru Ramiz Hümbətov ali məktəbin rektoru Elmar Qasımovun adından qonaqları salamlayaraq onları Azərbaycanda və bu ali təhsil müəssisəsində görməkdən məmnun olduğunu dilə gətirib. O, BANM-in yaranma tarixi, fəaliyyəti, bu ali təhsil müəssisəsinin beynəlxalq əlaqələri, tədris prosesi haqqında təqdimatla çıxış edib, qonaqlara ətraflı məlumat verib. Prezident İlham Əliyevin fərmanı ilə yaradılmış Ali Məktəbdə qısa vaxtda ölkə başçısının “Biz neft kapitalını insan kapitalına çevirməliyik” çağırışının reallaşdığını bildirib.
Səmimi qəbula görə təşəkkür edən İndoneziya Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bəy Fanani nümayəndə heyətinin Bakıda keçirilən İndoneziya Mədəniyyət Festivalında iştirak etmək məqsədilə Azərbaycana səfər etdiklərini, təmsil etdiyi ölkənin elm və təhsil sahəsində Azərbaycan universitetləri ilə əməkdaşlıqda maraqlı olduğunu və bu əməkdaşlığa dəstək verməyə hazır olduğunu bildirib.
Qonaqlar BANM-də olmaqdan məmnunluqlarını dilə gətirərək belə görüşlərin ikitərəfli əlaqələrin inkişafına böyük töhfə verəcəyini qeyd ediblər. Görüşdə universitetlərarası gələcək əməkdaşlıq əlaqələrinin qurulması, həmçinin təhsil və elm istiqamətində qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Nigar




 
Bölməyə aid digər xəbərlər
21.09.2019
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
21.09.2019
Ekoloji sənədlərin verilməsi prosesi daha da asanlaşdırılacaq
20.09.2019
“Selcanın bütün dedikləri doğrudur“-Fuad Qəhrəmanlının ikinci qızı
20.09.2019
İçi dərmanla dolu 4 anbar aşkarlanıb
20.09.2019
Özəl tibb sahəsində kiçik və orta biznesin inkişafı müzakirə edilib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Ağasəf Babayev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10890

1 Müəllimlərin təkmilləşdirilməsi üçün təlimlər keçiriləcək
2 В Великобритании перешли на систему образования СССР
3 Vilayət Eyvazov sərəncamda olan rəisə vəzifə verdi
4 “Bəzi belarus tələbə qızlar artıq Azərbaycana gəlin köçməyə hazırlaşırlar”
5 “Siyasi partiyaların bir araya gəlməsi müsbət qiymətləndiriləsi hadisədir”


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info