Ronaldodan jest: Qəzaya uğrayan komandanın hesabına 3 milyon dollar köçürdü
Tarix: 01.12.2016 | Saat: 00:26:00 | E-mail | Çapa göndər


“Barsa”-“Real” derbisindən əldə olunacaq vəsait də “Şapekoense” klubuna köçürüləcək
İspaniyanın “Real” klubunun və Portuqaliya millisinin futbolçusu Kriştianu Ronaldo növbəti dəfə xeyriyyəçiliyi ilə diqqət mərkəzinə düşüb. Ulduz hücumçu təyyarə qəzasına uğramış Braziliyanın “Şapekoense” klubunun üzləşdiyi faciəyə biganə qalmayıb. Belə ki, Ronaldo Cənubi Amerika təmsilçisinin hesabına 3 milyon dollar köçürüb.
Portuqaliyalı qəzada dünyasını dəyişənlərin yaxınlarına dəstək olmağı da lazım bilib: “Şapekoense” ilə baş verən faciədən şoka düşmüşəm. Mən hadisə qurbanlarının ailə üzvləri və dostları ilə həmrəyəm”. Bundan başqa, Fransanın PSJ klubu da Braziliya təmsilçisinin hesabına pul köçürənlər sırasına düşmək istəyir. “Şapekoense”yə 40 milyon dollar ödəmək istəyən fransalılar vasitəçilik üçün FİFA-ya rəsmi müraciət edib. “Barselona”-“Real” Madrid derbisindən qazanılacaq vəsait də təyyarə qəzasında futbolçuları, məşqçiləri və personalının həlak olduğu Braziliyanın “Şapekoense” klubuna köçürüləcək. Bu barədə “Midiario” informasiya portalı məlumat yayıb. “Barselona”-“Real” Madrid el-klassikosu bu həftə sonu - dekabrın 3-də “Kamp Nou”da keçiriləcək. İspaniya klubları ilə yanaşı, dünyanın bir sıra komandaları da yardım kompaniyasına qoşulub. Fransanın paytaxt klubu PSJ 40 milyon avro yardım göstərmək barədə açıqlama verib. Argentina və Braziliya klubları tərəfindən isə qəzadan ziyan çəkən kollektivin yüksək liqanı tərk etməməsi üçün alternativ kömək təklif olunub. Belə ki, onlar öz hesablarına pulsuz 3 illik futbolçu icarə etməyə hazır olduqlarını bəyan ediblər. Qeyd edək ki, hazırda xəstəxanada qəzadan sağ qalan Braziliya komandasının 3 futbolçusu müalicə olunur. Komanda ilə müxtəlif səbəblərdən Kolumbiyaya yollanmayan 9 futbolçu vətənində qalıb. Qəza nəticəsində əksər futbolçusu həlak olan “Şapekoense” klubunun sağ qalan iki üzvünün futbol karyerası başa çatıb. Braziliya mətbuatının məlumatına görə, buna səbəb həmin oyunçuların əlil qalmasıdır. Qəzadan futbolçulardan yalnız Danilo Padilya, Alan Ruşel və Cekson Follmanı xəstəxanaya sağ çatdırmaq mümkün olmuşdu. Danilo sonradan xəstəxanada keçinmişdisə, digər iki futbolçu sağ qalıb. Lakin onlar bundan sonra normal həyat sürə bilməyəcəklər. Follmanın bir ayağı amputasiya edilib. Həkimlər xəstəliyin bütün bədənə yayılmasından daxili orqanları sıradan çıxarmasından qorxaraq, onun ayağını kəsmək qərarına gəliblər. Hələ də hərəkətsiz vəziyyətdə olan Ruşelin durumu da kritik olaraq qalır. Həkimlər onurğasından ciddi zərbə alan futbolçunun iflic qalmaq ehtimalının yüksək olduğunu bildiriblər. Bu arada Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının rəhbərliyi ölkə futbol ictimaiyyəti adından Braziliyaya başsağlığı ünvanlayıb. “Şapekoense” klubunun futbolçularının da olduğu təyyarə qəzasında həlak olanların ailəsi və yaxınlarına dərin hüznlə başsağlığı verilib.




 
Bölməyə aid digər xəbərlər
21.02.2019
Ronaldo “Atletiko“ya sataşıb: “Mən Çempionlar Liqasını beş dəfə qazanmışam”
21.02.2019
UEFA Çempionlar Liqası: “Yuventus” “Atletiko Madrid”ə məğlub olub
21.02.2019
“Çelsi“ nin məşqçilik postuna namizədlər
21.02.2019
UEFA Avropa Liqasının ilk səkkizdəbir finalçısı məlum olub
20.02.2019
UEFA Çempionlar Liqası: “Atletiko Madrid” yoxsa, “Yuventus”

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10609

1 “Gürcüstanda yaşayan gürcü və azərbaycanlı gənclərin mütəmadi görüşlər keçirməsi vacib şərtdir”
2 Milli qəhrəmanlara və şəxsiyyətlərə hücum savaşın tərkib hissəsidir
3 “Əsas oxucu kütləsi sayılan gənclər bu gün internet mediaya daha çox üstünlük verirlər”
4 ABŞ-da atışma: xəsarət alanlar var
5 Londonda Karl Marksın məzarına növbəti dəfə vandal hücumu olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info