“Oyunun ən yaxşısı Rəhim Həsənov idi”
Tarix: 01.12.2016 | Saat: 00:29:00 | E-mail | Çapa göndər


“Oyun yaxşı alındı. Yəqin ki, azarkeşlər qarşılaşmanı bəyəndi".
Bu sözləri "Qəbələ"nin hücumçusu Ruslan Qurbanov "Qarabağ"la oyundan (1:2) sonra deyib. Millimizin üzvü matçın baş hakimi Rəhim Həsənovun mübahisəli qərarlarına ironiya ilə münasibət bildirib: "Oyunun ən yaxşısı Rəhim Həsənov idi. Məncə, onun mükafatını gecikdirmək olmaz. Ona dərhal çempionluq kuboku təqdim olunmalıdır. Nə isə demək mənasızdır. Penaltinin olmadığı açıq-aşkar idi. Top Vernidubun dodağına dəymişdi. Üstəlik, 7 dəqiqə əlavə vaxt oynadır. Belə hakimlərlə Azərbaycan futbolu heç vaxt inkişaf etməyəcək. Penalti zamanı mən mərkəzdə idim. Rəhim Həsənovla aramızda maksimum 10 metr məsafə olardı. Oradan epizodu dəqiqliyi ilə görməsi qeyri-mümkün idi”. R.Qurbanov bu məğlubiyyətə görə ruhdan düşməyəcəklərini də əlavə edib: "Mən artıq bunlara öyrəşmişəm. Oyun ərzində eyni futbolçu 3-4 dəfə ayağıma zərbə endirsə də, hakim məni sarı vərəqə ilə cəzalandırdı. Uduzduğumuza görə təəssüflənirik, amma mübarizə davam edir. Baş məşqçimiz oyunun təhlilini aparacaq. Səhvlərimizi bizə deyəcək”.




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
“Neymar qayıtmaq istəsə, Barcelona-da ona heç kim mane olmayacaq”
17.11.2018
Azərbaycanın qadın güləşçisi dünya çempionatında gümüş medal qazanıb
17.11.2018
Azərbaycanın paracüdoçusu dünya çempionu olub
16.11.2018
UEFA-nın maliyyə vəsaiti Azərbaycan klublarının hesabına köçürülüb
16.11.2018
“Barselona” Dembeledən daha peşəkar yanaşma gözləyir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10489

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info