Merkel Türkiyənin Aİ üzvlüyünə dair danışıqların başlanmasına qarşı çıxış edib
Tarix: 01.12.2016 | Saat: 00:48:00 | E-mail | Çapa göndər


Almaniya kansleri Angela Merkel, rəhbərlik etdiyi Xristian-Demokratik Birlik partiyasının qarşısında çıxışı zamanı Türkiyənin Aİ üzvlüyünə dair yeni danışıqların başlanmasının əleyhinə olduğunu bəyan edib.
“Röyters”in xəbərinə görə, bu barədə məlumatı “Bild” qəzeti yayıb. Nəşr partiyanın iclasında iştirak etmiş mənbələrə istinadən bildirir ki, bu, müzakirələrin, faktiki olaraq, sona çatması deməkdir. Bundan başqa, bildirilir ki, Merkel bu məlumatı partiyanın Türkiyənin Aİ üzvlüyünə dair mövqeyi ilə maraqlanan seçicilərə çatdırmağı tapşırıb. Qeyd edək ki, Avropa Parlamenti noyabrın 24-də Türkiyənin Aİ üzvlüyünə dair danışıqların dayandırılması haqqında qətnamə qəbul edib. Qərar Ankarada sərt reaksiyaya səbəb olub. Türkiyənin baş naziri Binəli Yıldırım sənədin ölkəsi üçün heç hüquqi qüvvəyə malik olmadığını bildirib.




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
«Rosbalt»: «Ermənistandan güclü şantaj və oğurluq qoxusu gəlir»
15.11.2018
Makron: “ABŞ-ın müttəfiqi olmaq vassal dövlət olmaq demək deyil”
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10488

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info