Mərkəzi Kəşfiyyat İdarəsindən Trampa xəbərdarlıq
Tarix: 01.12.2016 | Saat: 00:49:00 | E-mail | Çapa göndər


Putin: “Trampla belə nəticəyə gəldik ki, Rusiya-ABŞ münasibətlərinin indiki qeyri-qənaətbəxş durumunu düzəltmək lazımdır”

Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Brennan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa İranla nüvə razılaşdırılmasının dayandırılmasının fəlakətlə sonuclana biləcəyi barədə xəbərdarlıq edib: “Mən belə düşünürəm ki, belə bir qərarın qəbulu sonda fəlakətə səbəb ola bilər”. “BBC”-nin məlumatına görə MKİ direktoru Trampa Rusiya ilə daha sıx əlaqələr qurmağa cəhd etməkdə də ehtiyatlı olmağı tövsiyə edib. O, Tramp və onun yeni administrasiyasını Rusiyaya ilə bağlı vədlərdə ehtiyatlı olmağa çağırış edib.
Trampın yeni administrasiyasında MKİ rəhbəri vəzifəsini konqresmen Mayk Pompeonun tutacağı barədə xəbərlər yayılmaqdadır. “Pravda.ru” saytı bir müddət əvvəl Trampın qələbəsindən sonra Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşlarının qorxu və çaşqınlıq içində olması ilə bağlı məlumat yaymışdı. “Mən, bu gün qorxu hissi ilə işə gedirəm. Bizi yaxın aylarda, hətta yaxın dörd ildə nələrin gözlədiyini bilmirik” deyə MKİ əməkdaşı “The Washington Post” nəşrinə verdiyi açıqlamada bildirmişdi. Nəşrin məlumatına görə, kəşfiyyat idarəsini yüksək çinli məmurları yaxın günlərdə Trampı gizli informasiyalarla məlumatlandırmaq üçün ona brifinq keçirəcəklər. Hərbi sahə üzrə ekspert İvan Konovalov “Pravda.ru”ya bildirib ki, Vaşinqton İranla əlaqədar əvvəlki siyasətini davam etdirmək niyyətindədir: “Ümumiyyətlə, bu siyasət daha çox təcavüzkar ritorikaya əsaslanır. Təbii ki, burada ABŞ-ın Yaxın Şərqdə İrana qarşı düşmən mövqeyi nümayiş etdirən müttəfiqləri - Səudiyyə Ərəbistanı və İsrail amili də əsas götürülə bilər. Amma belə görünür ki, burada iqtisadi baxımdan hələ də bəzi ümumi zəmin tapmaq olar. İran böyük açıq bazardır və Amerika biznesi bu bazarda yaxşı gəlir əldə edə bilər. Təbii ki, burada İranın hərbi-sənaye kompleksi istisna təşkil edir. Belə ki, İran ABŞ və Avropa dövlətlərinin bu sahəyə daxil olmasına icazə verməyəcək”. Ekspert bildirib ki, Tramp həm xanım Klintonun dövlət katibi işləyərkən, həm də Barak Obamanın prezidentliyi dövründə Rusiya ilə bağlı siyasətdə səhvlər etdiklərini etiraf edir. Qeyd edək ki, Trampın prezident səlahiyyətlərinin icrasına baslamasından sonra Rusiya ilə münasibətlərdə yumşalma olacağı gözlənilir. Putinlə Tramp arasında olan telefon danışığı da buna dəlalət edir. Rusiya prezidenti Vladimir Putin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla telefon söhbəti barədə məlumat verib: “Donald Trampla belə nəticəyə gəldik ki, Rusiya-ABŞ münasibətlərinin indiki qeyri-qənaətbəxş durumunu düzəltmək lazımdır. Dediyim kimi, Rusiya bu yolun öz hissəsini keçməyə hazırdır”. Putin qeyd edib ki, ABŞ-Rusiya münasibətləri Moskvanın günahı ucbatından korlanmayıb: “Tezliklə Ağ Evə yeni prezident gələcək. İnanmaq istərdik ki, münasibətlərimizi düzəltmək şansı yaranacaq. Bu münasibətlər təkcə iki ölkə xalqı üçün deyil, həm də beynəlxalq sabitlik və təhlükəsizliyin təminatı baxımından, önəmlidir”. Rusiya prezidenti həmçinin terrorçuluqla mübarizə üzrə vahid, geniş cəbhənin yaradılmasının vacibliyini önə çəkib: "Təəssüf ki, hələlik belə cəbhə yaradılmayıb. Lakin onun alternativi yoxdur”. Putin bildirib ki, Yaxın Şərqdə münaqişənin nizamlanması yalnız bütün nüfuzlu beynəlxalq oyunçuların effektiv tərəfdaşlığı halında mümkün ola bilər.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı
13.11.2018
Ermənistanın dövlət strukturlarında çalışanlar ixtisar ediləcək

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10471

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info