UNEC “Azeri Light” markalı neftin qiymətini proqnozlaşdırıb
Tarix: 01.12.2016 | Saat: 00:51:00 | E-mail | Çapa göndər


Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) 2016-2020-ci illər üzrə “Azeri Light” markalı neftin dünya bazar qiymətini proqnozlaşdırıb. UNEC-in Marketinq və Kommersiya Departamentindən “Palitra”ya verilən məlumata görə, ekonometrik modelləşdirmədə neftin qiymətinə təsir edən amillər nəzərə alınıb.
Bunların elmi-texniki tərəqqi, enerji daşıyıcılarının alternativ mənbələrinin kəşfi, ehtiyatların dəyişməsi, yeni neft yataqlarının kəşfi, iqlim şəraiti, o cümlədən günəş aktivliyinin dəyişməsi, dünya ÜDM-in artımı (o cümlədən ABŞ, Çin, Hindistanda ÜDM artımı), hərbi konfliktlər, maliyyə strukturlarında spekulyativ əməliyyatlar, İran üzərindən neft ixracına qoyulan qadağaların aradan qaldırılması, ABŞ-ın öz neftinin ixracına qoyduğu qadağanın aradan qaldırması və s. olduğu bildirilib. Tədqiqat SOCAR-ın sifarişi əsasında yerinə yetirilib. UNEC-in proqnozuna görə, “Azeri Light” markalı neftin 2016-cı il üçün orta müddətli dövr üçün dünya bazarında minimal qiyməti 34 dollar, orta qiyməti 49,5 dollar, maksimal qiyməti isə 57 dollar təşkil edə bilər. 2017-ci ildə Azərbaycan neftinin minimal qiyməti 48 dollar, orta qiyməti 65 dollar, maksimal qiyməti isə 81 dollar ola bilər. Universitetin proqnozuna görə, 2018-ci ildə “Azeri Light” neftinin orta qiyməti 67 dollar, orta qiyməti 80,3 dollar, maksimal qiyməti isə 94 dollar təşkil edəcək. 2019-cu ildə yerli neftin minimal qiyməti 62 dollar, orta qiyməti 76 dollar, maksimal qiyməti isə 79 dollar təşkil edə bilər. Proqnozlara görə, 4 ildən sonra, yəni 2020-ci ilin sonuna Azərbaycan neftinin minimal qiyməti 45 dollar, orta qiyməti 72 dollar, maksimal qiyməti isə 98 dollar təşkil etməlidir.
Anar




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10478

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info