Büdcə gəlirləri əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsinə yönəldiləcək
Tarix: 01.12.2016 | Saat: 00:57:00 | E-mail | Çapa göndər


Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq, təbii ehtiyatlar, energetika və ekologiya, müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, aqrar siyasət, ictimai birliklər və dini qurumlar komitələrinin birgə iclası keçirilib. İclasda Azərbaycanın 2017-ci il üzrə dövlət büdcəsinin layihəsi müzakirə edilib.
Maliyyə naziri Samir Şərifov 2017-ci ilin büdcə layihəsi barədə məlumat verib. Nazir deyib ki, gələn il üçün dövlət büdcəsinin layihəsi 2017-2020-ci illər üçün ölkəmizin tərtib olunmuş makroiqtisadi proqnoz göstəricilərinin, habelə dünya iqtisadiyyatında gözlənilən meyillərin təhlili əsasında hazırlanıb. Yaranmış makroiqtisadi vəziyyətə reaksiya olaraq Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə hökumət tərəfindən cari il həyata keçirilən tədbirlər milli istehsalçıların müdafiəsi və xarici ticarət tərəfdaşlarında gedən devalvasiyalar şəraitində milli valyutanın mübadilə məzənnəsinin tədiyə balansının reallıqları ilə uzlaşdırılmasına yönəlib. Bu zaman həm də idxaldan yüksək asılılığın azaldılması və qeyri-neft ixracının genişləndirilməsi kimi ortamüddətli məqsədlər də qarşıya qoyulub. Növbəti ildə Vergilər Nazirliyi hesabına 7 milyard 210 milyon manat daxilolma proqnozlaşdırılır. Dövlət Gömrük Komitəsinin xətti ilə dövlət büdcəsinə 2 milyard 200 milyon manat daxil olacaq”, - deyə Samir Şərifov diqqətə çatdırıb. Prezidentin 2017-ci ilin dövlət büdcəsi xərclərinin sosialyonümlülüyünun təmin olunması ilə bağlı müəyyən etdiyi hədəflərə müzakirə edilən layihədə əsasən nail olunub. Layihədə sosialyönümlü xərclərin ümumi çəkisi 40,3 faizi səviyyəsində müəyyən edilib. Bu xərclər cari illə müqayisədə 292 milyon manat artırılaraq 6 milyard 686 milyon manat nəzərdə tutulub.

Müəllimlərin maaş artımı və mənzil ipotekası üçün vəsait nəzərdə tutulub
Bildirilib ki, ümumtəhsil məktəblərində çalışan müəllimlərin diaqnostik qiymətləndirilməsi yolu ilə əmək haqlarının əhəmiyyətli dərəcədə - orta hesabla 35 faizədək artırılmasını təmin etmək məqsədilə əvvəlki illərdə başlanılmış işlərin 2017-ci ildə də davam etdirilməsi istiqamətində müvafiq vəsait proqnozlaşdırılır. 2017-ci ildə sosial müdafiə və sosial təminat xərclərinə dövlət büdcəsi xərclərinin 12,4 faizi və ya 2 milyard 53 milyon manatının ayrılması nəzərdə tutulub. Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi üçün dövlət büdcəsindən 178 milyon manat, onların məskunlaşma və yaşayış şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondunun büdcəsindən 90 milyon manat və xaricdən cəlb edilmiş kreditlər hesabına 26 milyon manat, ümumilikdə isə 294 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Qeyd edilib ki, Azərbaycan Respublikası vətəndaşlarının yaşayış sahələrinə olan ehtiyaclarını ödəmək, onların mənzil-məişət şəraitini yaxşılaşdırmaq və mənzil ipotekasının tətbiqi üçün 2017-ci ilin dövlət büdcəsindən 100 milyon manat ayrılması nəzərdə tutulub. Müdafiə xərclərinə isə 2017-ci ilin dövlət büdcəsinin xərclərinin 16,7 faizi həcmində vəsait nəzərdə tutulub. Bu, cari illə müqayisədə 2,9 faiz çoxdur.
Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, Prezidentin dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında fərmanı əsasında 9 publik hüquqi şəxs yaradılması təmin ediləcək. Bu isə həmin təşkilatların əlavə maliyyə mənbəyi, əlavə gəlir əldə etməsi, eyni zamanda, dövlət büdcəsinin yükünün azaldılması deməkdir.

Yeni məşğulluq strategiyası hazırlanacaq
“2017-ci il üçün əhalinin gəlirləri 46,2 milyard manat, orta aylıq əməkhaqqı 508,4 manat, ölkə üzrə inflyasiya proqnozları da nəzərə alınmaqla yaşayış minimumu 155 manat proqnozlaşdırılır”, - deyən iqtisadiyyat nazirinin müavini Sevinc Həsənova qeyd edib ki, Azərbaycanın iştirakı ilə reallaşdırılan qlobal əhəmiyyətli layihələr, o cümlədən Bakı-Tbilisi-Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və “Şimal-Cənub” nəqliyyat dəhlizi və digər layihələr nəqliyyat sektorunun artımını təmin edəcək. Eyni zamanda, qeyri-neft sektorunun inkişafı üçün xüsusi əhəmiyyəti olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla, xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlər artıq başlanılıb. Bildirilib ki, gələn il ölkəmizdə sosial siyasət diqqət mərkəzində saxlanılacaq. Əhalinin həssas təbəqəsinin sosial təminatının gücləndirilməsi və bu sahədə proqramların həyata keçirilməsi üçün maliyyə imkanları yaradılacaq, yeni məşğulluq strategiyası hazırlanacaq.
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Səyyar ASAN xidmət davam edir
24.09.2018
Leyla Əliyeva “Beynəlxalq Sülh Günü”nə həsr olunmuş tədbirə qatılıb
23.09.2018
Səkkiz ayda hər bir sakin 554,5 manatlıq ödənişli xidmətlərdən istifadə edib
21.09.2018
Bakı metropoliteni tarixinin ən böyük sosial layihəsinə start verilir
20.09.2018
Ağdamda keçirilən əmək yarmarkasında 75 nəfərə işə göndəriş verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info