“Nəticədə bir neçə polis əməkdaşı xəsarət alıb”
Tarix: 01.12.2016 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdə təqsirləndirilən Cabbar Cabbarov və Abbas Hüseynov şüşə qəfəsə salınmalarına etiraz ediblər. Cabbar Cabbarov şüşələrin çıxarılacağı ilə bağlı verilən sözə əməl olunmadığını bildirib. Hakim isə ona məhkəmədə usta və mühəndis olmadığını deyib.
Daha sonra Fuad Qəhrəmanlı Göygöl rayonunda yaşayan Tacəddin adlı qohumunun 30 sutkalıq həbs edildiyini deyib. Hakim bildirib ki, belə bir fakt varsa, məhkəmənin sədrinə ərizə yazsınlar.
Prosesdə şahidlərin gəlmədiyi üçün fasilə elan edilib. Fasilədən sonra prosesdə Sabunçu rayon Polis İdarəsinin Cinayət-Axtarış Şöbəsinin əməliyyat müvəkkili Samir Haşımov ifadə verib. Ötən il noyabrın 5-də Sabunçu rayon Polis İdarəsinin qarşısında baş vermiş hadisələr barəsində danışan S. Haşımov istintaq zamanı verdiyi ifadəsini təsdiq edib. O, istintaq zamanı ifadəsində 5 noyabr 2015-ci il tarixdə saat 22 radələrində təxminən 100-150 nəfər şəxsin Sabunçu RPİ-nin inzibati binasının qarşısına toplaşaraq idarəyə gətirilmiş Elçin Qasımovun buraxılmasını hədə-qorxu və aqressiv şüarlarla tələb etmələrini bildirib. Qeyd edib ki, onlar polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq inzibati binaya hücum etməyə çalışıblar və əllərindəki daş, dəmir parçalarını polis əməkdaşlarına tərəf atıblar. Nəticədə bir neçə polis əməkdaşı xəsarət alıb. Köməyə gəlmiş çevik polis alayının əməkdaşlarının birgə əməliyyat tədbiri ilə iğtişaşın qarşısı alınıb, fəal şəxslər tutularaq polis idarəsinə təhvil verilib. Daha sonra vəkillərin suallarını cavablandıran S. Haşımov sualların çoxuna “bilmirəm”, “xatırlamıram” cavabını verib. S. Haşımovla təqsirləndirilən Cabbar Cabbarov, Abbas Hüseynov və Taleh Bağırov arasında mübahisə düşüb. Onlar bir-birlərini təhqir ediblər. Bundan sonra hakim təqsirləndirilən şəxslərdən Cabbar Cabbarov, Abbas Hüseynov və Taleh Bağırovun zaldan çıxarılmaları barədə göstəriş verib. İclasda fasilə elan edilib və bütün təqsirləndirilən şəxslər zaldan çıxarılıblar. Fasilədən sonra hakim adları qeyd olunan təqsirləndirilən şəxslərdən başqa digərlərinin zala gətirilmələrini tələb edib. Lakin təqsirləndirilən şəxslər iclasda iştirak etmək istəməyiblər. Onlar Taleh Bağırov, Cabbar Cabbarov və Abbas Hüseynovun da iclasda iştirak etmələrini istəyiblər. Hakim təqsirləndirilən şəxslər olmadan iclasın davam etdirilməsi haqqında qərar qəbul edib və vəkillərdən şahidə sual vermələrini istəyib. Lakin vəkillər təqsirləndirilən şəxslərin iştirakı olmadan iclasın keçirilməsinə razı olmayıb. Buna görə iclas dekabrın 2-dək təxirə salınıb.




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Mətbuat Şurası ilə Rusiya Jurnalistlər İttifaqı arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb
19.11.2018
“Azərbaycanda sosial müdafiə sisteminin inkişafı: dünən, bu gün, sabah” mövzusunda müsabiqə elan edildi
19.11.2018
Türkdilli dövlətlərin PR mütəxəssisləri Bakıya gələcəklər
19.11.2018
Qaradağ məktəbliləri “Ölkəmizi tanıyaq” tur-aksiya çərçivəsində yola salındılar
19.11.2018
KİV nümayəndələri “Mazımçay“ gömrük postundakı yeniliklərlə tanış olublar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info