Əli Həsənovun “Geosiyasət” kitabı Daşkənddə özbək dilində çap edilib
Tarix: 01.12.2016 | Saat: 01:03:00 | E-mail | Çapa göndər


Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi, tarix elmləri doktoru, professor Əli Həsənovun “Geosiyasət” kitabı Daşkənddə özbək dilində çap edilib.
Azərbaycanın Özbəkistandakı səfirliyi nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi və AZƏRTAC-ın birgə layihəsi əsasında “Tamaddun” nəşriyyatında çap olunan kitabı orijinaldan alim və tərcüməçi Babaxan Məhəmməd Şərif tərcümə edib. Nəşrin redaktoru Leyla Xasanovadır.Kitab “Siyasətin ilkin mənbələri və inkişaf tarixi: qədim və orta əsrlər dövrünün geosiyasi ideya və nəzəriyyələrinin tarixşünaslığı”, “Klassik geosiyasət: XIX əsrin ikinci, XX əsrin birinci yarısında Qərb geosiyasi məktəblərinin əsas ideya və nəzəriyyələri”, “İkinci Dünya müharibəsi dövründə əsas iştirakçı dövlətlərin geosiyasi konsepsiyaları və hədəfləri”, “XX əsrin ikinci yarısı və müasir dövrdə Qərb ölkələrinin geosiyasəti”, “Rusiya geosiyasət məktəbi: formalaşması, nəzəri mənbələri, xarakterik xüsusiyyətləri və əsas konsepsiyaları”, “Türklərin geosiyasi baxışları və nəzəriyyələri”, “Geosiyasət elminin yaranması və inkişafı (anlayışı, obyekti və predmeti, kateqoriyaları, qanunları, funksiyaları, metodologiyası və metodları)”, “Dünyanın siyasi strukturunun formalaşdırılması: geosiyasi dövrlər və modellər”, “Müasir dünya sistemi və onun geosiyasi reallıqları” adlı fəsillərdən ibarətdir. Nəşrdə geosiyasətin elm sahəsi kimi meydana gəlməsi, əsas anlayışlarının yaranması, formalaşması və inkişafının tarixşünaslığına nəzər salınır, onun nəzəri mənbələri, qanunauyğunluqları, obyekt və predmeti, kateqoriyaları, aktorları ilə bağlı klassik geosiyasət xadimlərinin və müasir tədqiqatçıların baxışları təhlil edilir. Kitabda müxtəlif dövrləri və fərdi geosiyasi məktəbləri təmsil edən siyasətşünasların elmi nəzəriyyələri araşdırılır, qarşılıqlı şəkildə müqayisə olunur. Həmçinin orta əsrlərdən başlayaraq müasir dövrə qədər dünyada cərəyan edən əsas geosiyasi hadisələr, planetin geosiyasi xarakteristikası, geosiyasi güc mərkəzləri və onlar arasındakı münasibətlər, qloballaşan dünyada geosiyasi məsələlərə yeni baxışlar, milli dövlət maraqları uğrunda mübarizə və yeni dünya nizamı ilə bağlı məsələlər təhlil olunur. Kitabda bəşəriyyəti təhdid və məşğul edən əsas iqtisadi, siyasi, enerji təhlükəsizliyi, qlobal nəqliyyat-kommunikasiya, ticarət, xammal, beynəlxalq daşımalar kimi məsələlərin mövcud vəziyyəti və perspektivləri haqqında müfəssəl məlumat verilir, oxucuların geosiyasi biliklərini, təsəvvür və anlayışlarını dərinləşdirən zəngin materiallar təqdim edilir.




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
“Vəkillik dövlət və cəmiyyət arasında münasibətlərin stabilizatorudur”
15.11.2018
Bakıda beynəlxalq konfrans keçirilir
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10476

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info