“Xalqımız çətin vaxtlarda göstərdiyi dəstəyə görə Azərbaycana həmişə minnətdardır”
Tarix: 01.12.2016 | Saat: 15:58:00 | E-mail | Çapa göndər


Vaxtilə Azərbaycanın ali təhsil ocaqlarında təhsil alaraq yüksək ixtisaslı kadrlar kimi vətənə qayıdan Laos vətəndaşları ölkənin inkişafına böyük töhfə veriblər. Laos xalqı həmin kadrların hazırlanmasına, eləcə də çətin vaxtlarda göstərilən dəstəyə görə Azərbaycana hər zaman minnətdardır.
Bu sözləri Laos Milli Assambleyasının (parlament) sədri xanım Pani Yathotou Azərbaycanın iqamətgahı Hanoy şəhərində olmaqla, Laos Xalq Demokratik Respublikasına akkreditə olunmuş səfiri Anar İmanov ilə görüşdə deyib.
Səfirlikdən bildiriblər ki, görüşdə səfir Anar İmanov Azərbaycan ilə Laos arasında tarixən dostluq münasibətlərinin mövcudluğunu qeyd edərək, bu əlaqələrin müasir dövrdə də davam etdirilməsində ölkəmizin maraqlı olduğunu diqqətə çatdırıb. Səfir ikitərəfli münasibətlərin inkişafında parlamentlərarası əlaqələrin böyük önəm kəsb etdiyini vurğulayıb və bu sahədə əməkdaşlığın qurulması üçün müvafiq addımların atılmasının gərəkliyini bildirib. Bu istiqamətdə parlament nümayəndə heyətlərinin qarşılıqlı səfər mübadiləsinin parlamentlərarası əməkdaşlığın inkişafı baxımından faydalı olacağını qeyd edib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında geniş məlumat verən A.İmanov Ermənistanın ərazimizin 20 faizini işğal etməsi və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi barədə faktları diqqətə çatdırıb. O, münaqişə ilə bağlı BMT, Avropa İttifaqı, Avropa Şurası, ATƏT kimi mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələrinin tələblərinin Ermənistan tərəfindən yerinə yetirilmədiyini bildirib. Diplomat ölkəmizin münaqişəni beynəlxalq hüquqa əsasən sülh yolu ilə həll olunmasına çalışdığını diqqətə çatdırıb.
Münaqişə ilə bağlı Laos parlamentində müzakirələrin keçirilməsini, Ermənistanın işğalçılıq siyasətini pisləyən və Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində həllini dəstəkləyən qətnamənin qəbul olunmasını xahiş edib.
Pani Yathotou Azərbaycan ilə parlamentlərarası əməkdaşlığın qurulub, inkişaf etdirilməsində maraqlı olduqlarını bildirib. Hər iki ölkə parlamentində dostluq qruplarının yaradılmasının vacibliyini söyləyən Pani Yathotou, ölkələrimiz arasında mövcud olan tarixi dostluq münasibətləri əsasında parlamentlərarası əməkdaşlığın qurulması prosesinin daha asanlıqla reallaşacağına inandığını vurğulayıb.
Laos parlamentinin sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə yaxın gələcəkdə həll olunacağına ümid etdiyini bildirib. O, parlamentin xarici əlaqələr komissiyasına səfirliklə əlaqəli şəkildə ölkələrimiz arasında əməkdaşlığın təşviqi istiqamətində fəaliyyət göstərməyi tapşırıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
21.11.2018
Sosial şəbəkələr müxalifətdaxili mübarizənin yeni meydanına çevrilib
21.11.2018
Sergey Markov: “Rusiya və Belarusun Azərbaycanla yaxşı münasibətləri Paşinyanı qıcıqlandırır”
21.11.2018
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyəti ABŞ-ın Bruklin şəhərinin meri ilə görüşüb
21.11.2018
Üçtərəfli görüşün yekunlarına dair protokol imzalanıb
21.11.2018
Moskvada MDB dövlətlərinin təhlükəsizlik şuraları katiblərinin altıncı görüşü keçirilib - YENİLƏNİB

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10509

1 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 Eldar Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı təyin edildi
5 Abel Məhərrəmov BDU-nun rektoru vəzifəsindən azad edilib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info