Azərbaycan neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir
Tarix: 01.12.2016 | Saat: 16:26:00 | E-mail | Çapa göndər


Azərbaycan dünya bazarında neftin qiymətinin sabitləşməsi üçün qəbul edilən istənilən qərarı dəstəkləyir.
Energetika Nazirliyindən AZƏRTAC-a bildirilib ki, energetika naziri Natiq Əliyev noyabrın 30-da Vyanada Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 171-ci iclasında neft hasilatının azaldılması ilə bağlı əldə edilən razılığı neft bazarında tarazlığın təmin edilməsi istiqamətində atılan mühüm addım kimi qiymətləndirib.
Energetika naziri hesab edir ki, neftin qiymətində sabitliyə və yüksəlişə yalnız OPEC ölkələrinin sutkalıq hasilatı 1,2 milyon barrel azaltmasını nəzərdə tutan qərar uzunmüddətli olacağı təqdirdə nail olmaq mümkündür.
“Azərbaycanın mövqeyinə gəldikdə isə, hamıya məlumdur ki, Prezident İlham Əliyev səviyyəsində Azərbaycan öz neft hasilatını və ixracını artırmayacağını birtərəfli qaydada bəyan edib. Bir daha vurğulayırıq ki, Azərbaycan neft hasilatının artırılması ilə bağlı hər hansı bir tədbir görməyi planlaşdırmır”, - deyə nazir bəyan edib.
OPEC-in dekabrın 9-da kartelə üzv olmayan ölkələrlə nəzərdə tutduğu görüşlə bağlı N.Əliyev bildirib ki, toplantıya dəvət olacağı və iştirakımızın zəruri hesab ediləcəyi təqdirdə Azərbaycan tədbirə qatılacaq. “Hesab edirəm ki, qeyri-OPEC ölkələri üçün hasilatı hansı həcmdə azaltmaqla bağlı məsələlər bu toplantıdakı müzakirə əsasında müəyyənləşəcək. Azərbaycan irəli sürüləcək təklifi qəbul etməyə və beləliklə, neftin qiymətinin artması prosesinə öz töhfəsini verməyə hazırdır”, - deyə N.Əliyev qeyd edib.
Qeyd edək ki, OPEC 2008-ci ildən sonra ilk dəfə dünən Vyanada keçirilən təşkilatın Nazirlər Şurasının 171-ci iclasında kartel üzrə neft hasilatının səviyyəsinin gündəlik 1,2 milyon barrel azaldılması barədə qərar qəbul edib.

Mahmud




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Sosial şəbəkələrdə müxalifətin çağırışlarına maraq yoxdur
17.01.2019
Rusiya-Türkiyə-Azərbaycan əməkdaşlıq formatı: dünyanın enerji xəritəsində yeni hadisə
17.01.2019
Elmar Məmmədyarov “İnterfaks” agentliyinə eksklüziv müsahibə verib
17.01.2019
Baş Narkotiklərlə Mübarizə İdarəsində müşavirə keçirilib
17.01.2019
Konsulluqla bağlı bəzi məsələlərin “ASAN xidmət”ə verilməsi müraciətlərin operativ həllini təmin edəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info