Məcburi köçkünlərə 37 ton qurban əti göndərilib
Tarix: 01.12.2016 | Saat: 16:39:00 | E-mail | Çapa göndər


Səudiyyə Ərəbistanı Krallığı «Qurban Əti İstifadəsi» layihəsi çərçivəsində Füzuli və Biləsuvar rayonlarında məskunlaşmış məcburi köçkünlərə 37312 kq qurban əti göndərib.
 
İslam İnkişaf Bankı xətti ilə çatdırılan yardım bu gün Azərbaycan hökumətinə təhvil verilib. Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı səfirliyindən bildirilib ki,  layihə Səudiyyə Ərəbistanı Krallığının dünyanın hər yerində aztəminatlı və ehtiyacı olan insanlara qardaşlıq yardımı çərçivəsində həyata keçirilir: “Krallıq ən böyük donor ölkə və beynəlxalq inkişafın əsas tərəfdaşı hesab olunur. Ayrılan yardımların ümumdaxili məhsuldakı faiz nisbətinə görə Krallıq dünyada ən qabaqcıl ölkədir. Bu yardımlar ölkə ÜDM-un 1,5 faizini təşkil edir. Krallıq humanitar aksiyaların maliyyələşdirilməsi üçün xeyriyyə yardımlarına görə son illər dünya dövlətlərinin ön sırasındadır. Krallığın son otuz il ərzində ayırdığı yardım, kredit və dotasiyaların həcmi 100 milyard dollar çatıb. Bu yardımlardan 75 dövlət faydalanıb ki, onların əksəriyyəti müsəlman ölkəsidir”. 
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info