OPEC-in qərarı 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay qüvvədə olacaq
Tarix: 01.12.2016 | Saat: 16:54:00 | E-mail | Çapa göndər


Neft İxrac edən Ölkələr Təşkilatına (OPEC) üzv olmayan ölkələr neft hasilatını gündəlik 600 min barrel azaldacaqlarına, Rusiya isə istehsalını sutkada 300 min barrel aşağı salmasına söz verib.
AZƏRTAC xəbər verir ki, bunu Qətərin energetika naziri və OPEC Konfransının prezidenti Mohammed bin Saleh Al-Sada deyib.
Nazir OPEC-in neft hasilat səviyyəsini azaldılması qərarının kartelə üzv ölkələrin birgə əməkdaşlığı nəticəsində mümkün olduğunu bildirib: “Bu, mühüm bir nailiyyətdir. Həmin qərar OPEC-ə üzv və qeyri-OPEC ölkələrin məsuliyyəti öz üzərlərinə götürməsi nəticəsində qəbul olundu. İclasda qlobal iqtisadi proseslər, neft hasilatı və tələbat nəzərdən keçirildi, neft bazarının yenidən balanslaşdırılması üçün qərar qəbul edildi. OPEC neft hasilatı gündəlik 1,2 milyon barrel azaldılacaq. Bu qərar 2017-ci ilin yanvarından tətbiq ediləcək və 6 ay ərzində qüvvədə olacaq”.
O deyib ki, qərarın icra edilməsi Əlcəzair, Küveyt, Venesuela və iki qeyri-OPEC ölkəsinin üzvü olduğu Monitorinq Komitəsi tərəfindən yoxlanılacaq. OPEC-in növbəti iclası gələn ilin mayında Vyanada keçiriləcək. Həmin iclasda bu qərar yenidən qiymətləndiriləcək, məqbul qəbul edildikdə isə yenidən 6 ay daha uzadıla bilər.
Qərara görə, ən çox neft hasilatını Səudiyyə Ərəbistanı azaldacaq. Bu ölkə neft istehsalını gündəlik 486 barrel azaldacaq. İstehsalını artıracaq yeganə ölkə isə İran olub. Bu ölkə gündəlik hasilatını 90 barrel artıracaq. Liviya və Nigeriya isə öz istehsal səviyyəsini qoruyacaqlar.
Qarşıdakı müddətdə OPEC Konfransına Səudiyyə Ərəbistanının sənaye və təbii ehtiyatlar naziri Xalid əl-Falih prezidentlik edəcək.
 
Mahmud




 
Bölməyə aid digər xəbərlər
23.09.2018
Ölkənin metallurgiya sənayesində 13 faizdən çox artım müşahidə olunub
22.09.2018
Səkkiz ayda istehsal edilmiş tikinti materiallarının dəyəri 31,7 faiz artıb
22.09.2018
Samux rayonunda 11 min tondan çox tərəvəz istehsal olunub
22.09.2018
“Azeri Light”ın qiyməti bahalaşıb
21.09.2018
İlk “KOB Dostu” sahibkarların xidmətində

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10134

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info